Rusiya Qarabağ ermənilərinə 54 vaqon humanitar yardım göndərdi


Rusiya Qarabağda yaşayan ermənilərə 54 vaqon humanitar yardım göndərib. 
Sozcu.info  xəbər verir ki, erməni mətbuatının yazdığına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi açıqlama verib.
Açıqlamada Rusiyanın 8 şəhərindən ümumilikdə 1 200 ton humanitar yardımın toplandığı qeyd olunub.
Həmçinin nazirlik 30 hektardan çox ərazini əhatə edən Xankəndi və ətraf yerlərdə 2 mindən çox partlayıcı maddənin aşkarlandığını da bildirib. 
Məlumata görə, Rusiyanın Qarabağdakı ermənilərə göndərdiyi inşaat materialları hesabına 30 bina və sosial obyektlər bərpa olunub.


Oxşar Xəbərlər

Xəbər lenti