İki icra başçısı həbs ediləcək -Daha üç icra başçısı istefaya göndəriləcək


Azərbayan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin şifrələnmiş məqalələri cəmiyyətin diqqətini korrupsiyaya qarşı mübarizədən bir qədər yayındırsa da, bir çox korrupsiya olaylarının üstünə işıq salır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iqtidarı sərt tənqid və təhqir edən Qurban Məmmədov barəsində başlatdığı araşdırmada iqtidarın bir sıra sabiq məmurları ilə yanaşı vəzifə başında olan bəzi şəxslərin də yolunu həbsdən sala bilər. Rəsmi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Q.Məmmədova aid olan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyini araşdırılır. Qurban Məmmədov bacarıqlı və zəngin bir iş adamı olmadığı kimi, bir neçə dəfə həbs olunduğu üçün vəkillik hüququndan da məhrum edilmişdi. Elə isə dəyəri on milyonlara çatan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyiı ilk baxışdan da şübhə doğurur. Cəmiyyətdə gəzən məlumatlara görə, bu əmlaklar Qurban Məmmədova məhz iqtidar təmsilçilərini, onarın ailə üzvülərini və hətta rəhmətə getmiş yaxınlarını təhqir etmək müqabilində uzun illər iqtidarda yüksək mövqelər tutmuş qrup tərəfindən verilib. Bəzi şəxslər “Qurban Məmmədov proyekti,  Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün layihəsidir”-deyə düşünürlər. Ancaq Qurban Məmmədova verilən bəxşiş torpaq sahələri, ev və mənzillər bu şəxslərə aid deyil. Həmin əmlakları Qurban Məmmədova Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün yerlərdəki kadrları bağışlayıb. Əlbəttə, bu əmlakın müqabilində nə qazanacaqları da onlara anladılıb. Cəmiyyətdə gəzən bu söz-söhbətlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yəqin ki, araşdırılacaq. Cəmiyyətdə hələ ümid var ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)  vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi də jurnalistlərin mənzil problemini həll etmək üçün prezident İlham Əliyevin sərəncamı ayrılmış büdcə pullarına tamah salanlar həbsdən kənarda qalmayacaq.

“Yeni Sözçü” qəzetinə daxil olan bir məlumata görə bu həftənin sonu, gələn həftənin əvvələrinə kimi iki rayonun icra başçısı həbs olunacaq. Onlardan birinin kimliyi ilə bağlı“Yeni Sözçü” qəzetinəəyyən məlumatlar olsa da, tam təsdiqlənmədiyi adını açıqlamırıq. Amma həmin şəxsin Cənub regionumuzdakı rayonlardan birinin icra başçısını olduğunu söyləyə bilərik. Məlumatlara görə, bu icra başçısı büdcə vəsaitləri ilə yanaşı Heydər Əliyev Fondunun da vəsaitlərini mənimsəyib. Bu iddilarla bağlı şikayətlər isə hazırda hüquq-mühafizə orqanları tərəfindən  araşdırılır.

Həbsi gözlənən digər icra başçısı isə paytaxtın rayonlarından birinə rəhbərlik edir. İcra başçısı olmasına baxmayaraq ölkənin ən zəngin 20 nəfərindən biri olan bu səxsin  bir sıra qaranlıq əməlləri ilə bağlı ciddi araşdırma aparılır. Çox böyük ehtimalla bu icra başçısının həbsi bu həftə gerçəkləşəcək. Bu baş verərsə həbslərin  sırası daha da genişlənə  bilər.

 

Bir neçə rayonun icra başçısı isə vəzifələrini itirəcəklər. “Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, vəzifəsini itirməsi gözlənilən icra başçıları arasında Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin, Ağdam rayonun başçısı Vaqif Həsənovun, 2012-ci ildən Ağdaş rayonuna rəhbərlik edən Tofiq İbrahimovun da  adları var. Əgər Tofiq İbrahimov yaşı ilə bağlı təqaüdə göndəriləcəksə, Vaqif Həsənov koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin həyata keçirilməsini təmin edə bilmədiyinə görə vəzifələrini itirəcəklər. Vidadi İsayevin isə vəzifəsində yol verdiyi nöqsanlara görə istefaya göndəriləcəyi gözlənilir. Bu məlumatların ən yaxın müddətdə realaşması gözlənilir.

A.Aydın,

“Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti