Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Korrupsionerlər məmurların adlarını məscid minarələrindən səsləndirək...
Az qala adətkarda olmuşuq. Hər gün həbsdəki bir icra başçısının o nərmə-nazik orqanizmləri ilə bağlı bir xəbər oxuyuruq. Biri koronavirusa tutulub, xəstəxanaya göndərilir. O birinin ürəyi sözünə baxmır, bir başqası yüksək təzyiqdən əziyyət çəkir. Nağıl dili ilə desək, düşünürsən ki, ey dili-qafil, nə oldu bunlara birdən-birə, eyni vaxtda? Azadlıqda gəzəndə dünyanın bütün naz-nemətlərini yeyən bunlar, dünyanın ən gözəl kurortlarında yay istirahəti keçirən bunlar, vaxtlı-vaxtında “cek-up”larından qalmayan yenə bunlar. Yəni, kasıb kimi birini tapanda o birini tapmamaq söhbəti yoxdu... Qidalanma full, istirahət ful, müalicə ful... O zaman nə oldu? Qorxudanmı orqanları sözlərinə baxmadı? Panika, bütün yığdıqlarını itirmək qorxusu, bunun hikkəsimi onları çökdürdü?
Üstəlik, adamlar adına təcridxana deyilən yerdə qalırlar, koronavirusa yoluxma ehtimalları hamıdan daha zəif. Amma sanki bəhsə girmişcəsinə, bir-birinin ardınca virusa yoluxurlar. Şübhələnməyə haqqımız varmı? Var, həm də sonuna qədər. Çünki bizim bu adamlara qarşı zamanında duyduğumuz şübhələr özünü doğrultdu. Onların heç nəyinə, hətta aldıqları nəfəsə belə güvənməməyə haqqımız çatır. Kasıbın yardım puluna, qarabaşağına, ununa, ərzaq yardımına göz dikən adamlar bizdən özlərinə qarşı inam, güvən, humanizm gözləməsinlər. Və Allah eləsin ki, bu dəfəki şübhələrimizdə yanılaq. Adamlar xəstələniblərsə gerçəkdən, sağlamlıqlarına qovuşsunlar, sonra da məhkəmə qarşısına çıxsınlar, cəzalarını da alsınlar.
Amma lətifə kimi olaylar yaşayırıq. Bir neçə gün bundan öncə Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirildi. Sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarıldı. Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q. Səmədovun bu iltizamını ləğv etdi. Onun barəsində 7 il müddətinə həbs qərarı verildi. Q. Səmədov yenidən həbsxanaya qaytarıldı. Necə deyərlər, ağlımda dəli suallar... Niyə, nə üçün, hansı səbəbdən? Bu adamı daha öncə ev dustaqlığına niyə buraxmışdız? Buraxmışdızsa, sonra yenidən niyə geri qaytardız? Bizə detalsız xəbərlər təqdim edilir, amma ortada izahat, açıqlama yox. Heç kəs cəmiyyətə hesabat vermək istəmir – sabiq məmur cinayətkar idisə, ev dustaqlığını hansı müsbət hərəkəti ilə haqq etdi? Yox, əgər ev dustaqlığı zamanı özünü ifrat pis apardısa, hansısa qanunsuzluq etdisə, ya da yığdıqlarını da götürüb ölkədən qaçmaq istədisə, bunun açıqlamasını bizə niyə vermirsiz? Cəmiyyətlə hesablaşmamaq nə deməkdir axı?
Ölkənin ən korrupsioner məmurları azadlıqda kef edirlər. Onların müavinləri, şöbə müdirləri, arabanın beşinci təkərləri məhkəmə zallarında az qala boğazlarını cırıb, “vallah, bizlik heç nə yoxdu, qol çək dedilər, çəkdik” deyirlər, amma həmin məmurlara “gözün üstə qaşın var” deyən yoxdu. Ziya Məmmədov o boyda yolları yeyib. Armatur yeyib, sement yeyib, daş yeyib, çınqıl udub... Amma ona heç nə olmayıb. Çəkilib dağlara, özü üçün şeir yazır, namaz qılır, oruc tutur.
Biz də magistral yollarla irəliləyəndə, ya da rayonlara səfər edəndə onu leksikonumuzun ən gözəl sözləri ilə yad edirik. Qarğış, söyüş, nifrin buketi... İndi görək onun namaz-orucla əldə etməyə çalışdığı savabmı güclü olacaq, yoxsa 10 milyonluq xalqın ürək sözlərimi? Əbülfəs Qarayev səhhətini bəhanə edib ölkədən qaçmaq istəyir, sərhəddə yaxalayırlar. Elmar Məmmədyarov o boyda pulu həzmi-rabedən keçirib, amma müsahibə verəndə oğlunun aldığı qızın milliyyətindən danışmağa üstünlük verir. Hacıbala Abutalıbovun bölgələrdəki villaları az qala göz deşir, amma bir Allahın bəndəsi ondan bunun hesabını soruşmur. "Nəylə almısan bunları, Hacıbala müəllim", deyən yoxdu... Nə anladım mən bu ədalətdən? Nə gözləyim mən bu məhkəmələrdən?
Ən maraqlısı da odu ki, camaatımız da yavaş-yavaş məmurlara bənzəməyə başlayır. O gün vəkillərdən birinin müsahibəsini oxuyuram. Deyir, ata-anasını qətlə yetirən məhkum son sözündə hakimə deyib ki, “yetim uşağam, mənə az cəza verin”. Arvadını qəddarlıqla qətlə yetirən bir başqa qatil də məhkəməyə müraciət edərək, “uşaqlarımın anası yoxdu. Onlar başsız qalmasın, məni azadlığa buraxın”, söyləyib. Hamının gözünün qabağında bu cür həyasızlıqlara dair örnəklər var. Qatil də fikirləşir ki, məmura olar, mənə yox? Sıradan dələduz da düşünür ki, icra başçısı, nazir yeyəndə mümkündü, sıra mənə gələndə cəza düşür?
Rasim Qaracanın “Lazımı gözləyərkən” adlı pyesində çox maraqlı bir detal var. Yazıb ki, “bir dəfə uşaq vaxtı məscidə gedəndə itmişdim, adımı məscidin minarəsindən səsləndirmişdilər. Mən də Allah məni çağırır deyə qorxub ağlamışdım”. İndi bu itən, dövlətin pullarını yeyib-yeyib, üstündən də su içən, sonra da qeybə çəkilən məmurların adını hərdən məscid minarələrindən səsləndirin. Bəlkə qorxalar, hürkələr... Bəlkə haqqa gələlər...
Oxşar Xəbərlər
Həbsdəki icra başçılarının koronavirus müəmması -
Siqaret çəkən adamlar koronavirusa yoluxmur?
Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazilərdədir?
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Üç nəfər öldü - FOTO
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları