8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Postmüharibə dövründə 45 min şəxs 50 min sosial dəstək tədbiri ilə əhatə olunub. Bu haqda məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Məlumatda göstərilir ki, 3021 şəhidin (o cümlədən 86 mülki şəhid) 7942 ailə üzvünə 15841 sosial ödəniş (7683 Prezident təqaüdü, 5576 sosial müavinət, 2582 pensiya) təyin edilib. Proses davam etdirilir. 2021-ci il ərzində 2515 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 5030 sosial ödəniş təyin edilib. 12 min 832 yaralı hərbçi ailəsi ziyarət olunub, sosial məişət və tibbi ehtiyacları öyrənilib.2515 nəfərə əlillik təyinatı aparılıb. Bundan başqa 5930 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi, 2731 nəfər işlə təmin olunması haqda da hesabat var.
Nazirliyin məlumatına görə, hesabat ilində həssas təbəqələrə dair bir sırasosial proqramlar həyata keçirilib: "Bütün mülki şəhidlərin ailə üzvlərinə (220 nəfərə 465 ödəniş) sosial ödəniş təyinatları yekunlaşdırılmışdır. 2021-ci ildə 3000-dək mənzil sosial cəhətdən həssas təbəqədən olan ailələrə verilmişdir. Hesabat dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 164 avtomobil təqdim edilmişdir. 5000 nəfər şəxslə psixokorreksiya işləri aparılmış, onlayn psixoloji xidmət göstərilmişdir".
Nazirliyin məlumatına görə, bu və başqa belə tədbirlər 2022-ci ildə də davam etdirilib. Rəsmi məlumatlara görə, istər Birinci, istərsə də İkinci Qarabağ Müharibələrində şəhid olmuş hərbçilərin ailələrinə, yaralanmış hərbçilərin özlərinə və bəzilərinin xüsusi vəziyyətinə görə ailələrinə dövlətin dəstəyi təmin olunub.
Ancaq bu deyilənlərə baxmayaraq, elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünün və başqa dövlət qurumlarının inzibati binaları qarşısında toplaşaraq şikayət və ya etiraz edən xeyli insan var. Bəzi yerlərdə onlar lokal aksiyalar keçirir, yolları və dövlət idarələrinin girişini bağlamağa, öz səsini dövlət rəhbərliyinə çatdırmağa çalışır. Xüsusilə, əlillik dərəcələrinin təyin olunmasından şikayətlər daha çox edilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi isə biıdirir ki, rəsmi müraciət olduqda hər bir şikayət araşdırılır.
Şikayətində haqlı olanlar da, olmayanlar da var, təbii ki. Bütün hallarda müvafiq dövlət qurumları müharibənin iştirakçısı və qurbanı olmuş hər bir şəxsi səbrlə, diqqətlə dinləməklə və həssaslıq göstərməklə mükəlləfdir. Bu işdə, əlbəttə, çatışmazlıqlar aradan qaldırılmalıdır. Bununla belə vətəndaşlar arasında da dövlətin sosial güzəşt və dəstək tədbirlərindən haqqı olmaya-olmaya yararlanmaq istəyənlər də var. "Saxta qazi" adlandırılan bu problem getdikcə daha xoşagəlməz şəkil alıb. Lap bu yaxınlarda Qarabağ Müharibəsi qazisi olmadığı halda hərbi geyimdə küçədə oturub dilənən Ağdaş sakini, 26 yaşlı Ümid Məmmədovu çəkiliş kadrlarından gördük. Bir başqa misalda özünü Qarabağ qazisi kimi qələmə verərək restoranların xidmətlərindən pulsuz istifadə edən Orxan İmanovu da videogörüntüdən tanıdıq. Eləcə də, yenə də Qarabağ müharibəsi qazisi adından istifadə edərək özünə güzəştlər və imtiyazlar tələb edən, yaxud insident qarışan Nurəddin Həsənovu, Elbrus Hüseynovu, Məmmədəli Hacıyevi görmüşdük. Saxta qazilik edərək bir sıra
qanunsuz əməllər törədən başqaları da var. Gerçək müharibə əlilləri və iştirakçıları bu hallara hər zaman etiraz edir. Çünki saxta qazilər onların haqqına girirlər, bu addan haqsız yerə istifadə edir və onu ləkələməyə çalışır. Bu, çox ağır və ağrılı problemdir və cəmiyyətdə haqlı qəzəb yaradır
"Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənlinin fikrincə, şəhid ailələrinə,qazilərə hörmət, ehtiram vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın borcudur. Hər kəs bu insanlara xüsusi diqqət və ehtiram göstərməldir: “ Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə bu barədə öz fikirlərini bəyan edib və konkret nümunəvi addımlar ortaya qoyub ki, hər kəs bundan nümunə götürsün”.
QHT sədri deyir ki, qələbədən sonra şəhid ailələri və qazilərə də münaibət dəyişdi. Belə ki, onların bayraq qədər, vətən qədər önəmli olduğunu hər bir kəs anlayır. Şəhid ailəsini, qazini sevməyin məhz vətəni, dövləti, xalqı sevmək qədər önəmli olduğunu artlq hər kəs bilir.
Emin Həsənlinin sözlərinə görə, şəhid ailələrinə, qazilərə olan hörmət və ehtirama görə, bəzi şəxslər təəssüflər olsun ki, bu addan istifadə edərək, öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Bu halın yolverilməz olduğunu deyən E. Həsənli bildirir ki, bu hal həm zəfər qələbəmizə kölgə salmağa səbəb olur, həm də canlarını vətən uiğrunda fəda etmiş qazilərmizin nüfuzuna xələl gətirir. “Döyüşən, vətənpərvər qazilər heç qazi adından istifadə etmilər. Özlərini döyüşmüş kimi təbliğ etmir, heç yerdə qeyd etmirlər. Onları hamı, xalqımız tanıyır. Onlaar hər zaman xüsusi diqqət ehtiram olmalıdır.
Təəssüflər olsun ki, bir çox ölkələrdə olduğu kimi qələbələrdən sonra hərbi geyimə maraq artır. Bu geyimi qazi formasını geyinib, bu addan istifadə etmək istəyən şəxslər var ki, bunlara qarşı hamımız barışmaz mövqe tutmalı, mübatrizə aparmalıyıq. İlkin növbədə əsl döyüşmüş, vətənpərvər şəxslər, qazilərimiz, hərbi yönümlü QHT rəhbərləri, hər bir kəs bunlarla mübarizə aparmalı və konkret fikirlərini bildirməlidir”.
Bizimyol.info