Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Səlim Müslümovun miras qoyduğu saxta əlillik problemi
Nazirliyə qarşı tənqidlər artır; əsl günahkarlar cəzasını alırmı...
Ölkənin sosial siyasət sistemində saxta əlilliyə qarşı mübarizə aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib ki, daha iki dəllal şəxs vətəndaşları aldadaraq onlara saxta əlillik düzəltmək istəyib. Baş Prokurorluğa müraciət edilib və məsələ araşdırılıb.
Həmin şəxslər həbs olunub:
“Faktlar onu göstərir ki, hələ də belə dəllallıqla məşğul olan şəxslər var və onlara qarşı da daim ciddi mübarizə aparılır. Müddətli əlilliyi olan vətəndaşlara müraciət etmək istəyirəm ki, əlillik müddətlərinin bitmə vaxtını unutmasınlar, yenidən təkrar təyinat üçün müraciət etsinlər və başqa kiməsə etibar etmədən özləri bu işlə məşğul olsunlar”.
Qeyd edək ki, əlillik pensiyası kəsilənlər arasında əlillik müddəti bitən, lakin bundan xəbərsiz olan vətəndaşlar da var. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu yaxınlarda Milli Məclisdə deyib ki, bu il bir nəfərin əlilliyi nə kəsilib, nə dayandırılıb:
“Bunun müddəti bitib. Mən 10 aydır deyirəm ki, müddəti bitən ayrı şeydir, dayandırılan ayrı şey. Bir adamın əlilliyinin müddəti bitib, o açıb kağızına baxmayıb, sonra deyir ki, nazirlik bizim əlilliyi dayandırıb. Belə bir şey yoxdur. Bizim nazirlik bu il bir nəfərin belə əlilliyini nə kəsib, nə də dayandırıb”.
Ancaq bütün bunlara baxmayaraq, saxta əlillik adı altında növbəti müraciətində pensiya ala bilməyən çox sayda insan var. Bu problemin əsas günahkarı kimi isə cəmiyyətdə nazir Sahil Babayev tənqid hədəfinə çevrilir. Lakin o da faktdır ki, bu problemlərin əsasını onun sələfi Səlim Müslümov qoymuşdu və onun dövründə əhalinin çox böyük bir kəsimi, xüsusən də regionlarda yaşayanların əksəriyyəti əlillik pensiyası alırdı. Əlbəttə, işsizlik, sosial problemlər və sairi nəzərə alsaq bu insanların güzəranına müsbət təsir edirdi. Ancaq sağlam insanların bu vəsaiti alması həqiqi əlilliyi olan şəxslərə qarşı da haqsızlıq kimi dəyərləndirilirdi.
Ötən müddət ərzində əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.
Fazil Talıblı
Mövzu ilə bağlı
danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, əvvəlki dövrlərdə hansısa yollarla əsassız əlillik təyin edilmiş insanlar olub və sağlam ola-ola belə şəxslərin əlillik statusu daşıması, hər ay dövlətdən qanunsuz vəsaitlər əldə etmələri cəmiyyəti, xüsusilə əlilliyi olan insanları da narahat edirdi:
“Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən islahatların da bir istiqaməti əlillik təyinatlarının şəffaflaşdırılması və əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsi, əsassız əlillik təyinatlarının qarşısının alınmasıdır. Bu sahədə aparılan islahatlara cəmiyyətdən, əlilliyi olan şəxslərdən də daim dəstək gəlir. Onlar da əsassız əlillik təyinatlarına son qoyulması, sağlamlığı qaydasında olub, lakin əlillik dərəcəsi olan şəxslərin ayırd edilərək, əlillərin cərgəsindən uzaqlaşdırılması üçün aparılan işləri rəğbətlə qarşıladıqlarını bildirirlər. Əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilir. Lakin sağlam ola-ola uzun illər hər ay əlilliyə görə sosial ödəniş almış, dövlətin güzəşt və imtiyazlarından bəhrələnmiş, bu il təkrar qiymətləndirmədə əlillik təyin edilməyənlərin narazılığı isə heç bir halda haqlı ola bilməz. Digər tərəfdən, nazirlik əlilliyin qiymətləndirilməsi sahəsində qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlərini davam etdirir”.
F.Talıblı qeyd edib ki, 2018-2021-ci illərdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilməklə, onlar barədə sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim edilib:
“Ümumilikdə Agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlər görülüb. Əlilliklə bağlı sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxsə dair əlillik sənədləri də hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa təqdim olunub. Əlilliyin qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb. 5 və 7 nömrəli TSEK-lərin sabiq sədrləri və digərlərinin qanunsuz əməlləri ilə bağlı da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Onlardan 5 nömrəli TSEK-in sabiq sədri Katib Məmmədov və digər əlaqəli şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yekun ittiham elan edilib və cinayət işləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
7 nömrəli TSEK sədri vəzifəsində işləmiş Oruc Məmmədova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı vətəndaşların etibarından sui-istifadə etməklə onlara əlillik təyin ediləcəyi vədi ilə onların pul vəsaitlərini mənimsəmiş, habelə Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan 2 vasitəçinin (dəllalın) hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Baş Prokurorluğa göndərilib. Onu da bildirim ki, əlilliyin qiymətləndirilməsi sahəsində qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı görülən tədbirlərə dair ictimaiyyət mütəmadi məlumatlandırılır".
Əlavə edək ki, son vaxtlar Milli Məclisdə də bu məsələ müzakirə olunur. Deputatlar seçicilərinin zaman-zaman onlara müraciət etdiyini və əlil olduqları halda pensiyalarının bərpa edilmədiyini bildiriblər. Nazirlik isə bunu tamamilə istisna edir və haqqı çatan hər bir əlilin pensiyasının bərpa edildiyini deyir.
Deputat Vüqar Bayramov Milli Məclisin iclasında saxta olması səbəbindən əlillik pensiyası kəsilənlərin digər proqramlara cəlb edilməsinin vacibliyini qeyd edib. Bu da çox ciddi məsələlərdən biridir. Çünki istənilən halda bir ailənin büdcəsindən kəsilən vəsaitin fərqli istiqamətlərdən təmin edilməsi üçün fərdi yanaşma mütləqdir. Onların həqiqətən əmək qabiliyyəti varsa və alternativ gəlir mənbələri yoxdursa, DOST iş mərkəzinə, özünüməşğulluq proqramına və sairə cəlb edilməsi dövlətin humanist yanaşmasının bir nümunəsi ola bilər. Çünki hər kəsə məlumdur ki, saxta əlilliyə müraciətlərin kökündə həm də işsizlik amili dayanır. Bu prosesə haqq qazandırmasa belə, gələcəkdə mövcud halların sosial bazasını azaltmaq üçün müvafiq addımlar atılmalıdır.
Oxşar Xəbərlər
“Saxta əlillik” düzəltmək istəyən iki nəfər həbs olunub
Bu il Azərbaycanda 193 min şəxsin əlillik müddəti bitib -
Sahil Babayev:"7 mindən çox saxta əlillik təyinatı ləğv edilib"
Nazirlik Vətən müharibəsi qazilərinə müraciət edib -
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları