Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Əlilliyi olan şəxslərin işlə təminat imkanlarının artmasına hər kəs öz dəstəyini göstərməlidir
Əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası bütün dünyada hökumətlərin və cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdəndir. Çünki həmin şəxslərin cəmiyyətə inteqrasiyası, həyat tərzi xüsusi diqqət, yanaşma tələb edir. Buna görə də bütün dünyada hökumətlər əlilliyi olan vətəndaşlarına yönələn xüsusi proqramlar, imtiyazlar, güzəştlər tətbiq edirlər.
Hazırda dünya əhalisinin 10 faizə qədərini əlilliyi olan şəxslər təşkil edir: onların arasında anadangəlmə əlilliklə doğulanlarla yanaşı, sonradan müxtəlif zədə və xəstəliklərdən əlil olanlar da var. Belə insanların 80 faizə qədəri inkişaf etməkdə olan ölkələrdə yaşayır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, dünyada əlilliyi olan insanlar arasında qadınlar üstünlük təşkil edir.
Məsələn, 2020-ci ilin 1 yanvarına olan statistikaya əsasən Rusiyada ümumi əlillərin 56,77 faizini qadınlar, 43,23 faizini kişilər təşkil edir.
Azərbaycanda isə vəziyyət fərqlidir: əlilliyi olan insanlar arasında kişilər üstünlük təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2019-cu ildə ilk dəfə əlillik təyin olunan 18 və yuxarı yaşda olan 20,5 min nəfərin 42,5 faizini qadın, 57,5 faizini kişilər, 2020-ci ildə 9,7 min nəfərin 48,2 faizi qadın, 51,8 faizini isə kişilər təşkil edib.
2019-cu ildə 18 yaşa qədər ilk dəfə əlillik təyin olunan 9200 uşağın 38,2 faizi qız, 61,8 faizi oğlan, 2020-ci ildə 3,8 min nəfərin 42,3 faizi qız, 57,7 faizi isə oğlan olub .
Bir çox qiymətləndirmələrdə əlilliyi olan qadınların kişilərə nisbətən daha çox ayrı-seçkiliyə məruz qaldığı qeyd olunur. Qlobal səviyyədə əlliliyi olan insanların hamısı bu və ya başqa dərəcədə ayrı-seçkiliyə məruz qalır. Hazırda dünyanın 45-dən çox ölkəsində əlilliyi olan insanlara qarşı diskriminasiya ilə mübarizəyə dair xüsusi qanun qəbul olunsa da, onların çoxunu mövcud vəziyyətə adekvat hesab etmək mümkün deyil.
Azərbaycanda da əlilliyi olan qadınlarla əlilliyi olan kişilərin sosial təminat hüquqlarında fərqli yanaşma yoxdur. Ümumilikdə ölkədə gender bərabərliyi əlilliyi olan şəxslərlə bağlı yanaşmalarda da öz əksini tapır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildiriblər:
“Əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan qadınlar əlilliyə görə aylıq pensiya və ya aylıq müavinətlə təmin olunurlar. Hazırda ölkəmizdə əlilliyi olan 153 min qadına əlilliyə görə aylıq pensiya və əlilliyi olan 65 min qadına əlilliyə görə aylıq müavinət ödənilir. Sosial ödənişlərin təyinatı zamanı şəxslərə cinsindən asılı olmayaraq bərabər yanaşma mövcuddur”.
Nazirlikdən bildiriblər ki, əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan qadınlar üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu sahədə aparılan işlərin davamı kimi, 2021-ci ilin 9 ayında 2646 nəfər əlilliyi olan şəxs işlə təmin olunub ki, onlardan 400 nəfəri əlilliyi olan qadınlardır. Özünüməşğulluq proqramının, həmçinin ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan qadınlardır. Belə ki, bu il özünüməşğulluq proqramı üzrə 1242 nəfər əlilliyi olan şəxs, o cümlədən 210 əlilliyi olan qadın üçün də ailə təsərrüfatları yaradılıb və bu say artmaqda davam edir. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar sırasında 2 mindən çoxu əlilliyi olan şəxslərdir ki, onların da bir qismi əlilliyi olan qadınlardır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə arasında əlilliyi olan qadınların da olduğu 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparılır.
Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində də Bakı, Salyan və Masallıda əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılmasına dəstək göstərilir.
Sərbəst auditor Altay Cəfərov deyir ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif normativ hüquqi aktlar qəbul edilib, dövlət tərəfindən proqramlar həyata keçirilib:
Altay Cəfərov
"Əlillərin sosial müdafiəsi haqqında" qanunda əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında müxtəlif tələblər, öhdəliklər, vəzifələr qoyulub. Onların işlə təmin olunması məsələləri isə Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında qərarları ilə tənzimlənir. Həmin sənədlər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.
Deməli, istənilən kommersiya qurumunda əlillərin işləməsi üçün kvota təyin edilir. Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ-hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır”.
Qanunvericiliyə əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:
- işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi miqdarında,
- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında,
- işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında kvota tətbiq edilir.
Tətbiq edilən kvota yerlərinin 50 faizi əlilliyi olan şəxslər üçün müəyyən edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildiyinə görə, kvotaya əməl olunmasına il ərzində iş üçün göndəriş verilmə və ya işəgötürənin özünün işə qəbul etdiyi şəxslərə dair məşğulluq mərkəzinə elektron qaydada təqdim edilən məlumatlar əsasında, eyni zamanda “Təhlil” altsistemi vasitəsi ilə nəzarət olunur.
Kvotaya əməl etməyən müəssisələr qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilir. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya "DOST" mərkəzlərinin göndərişi ilə həyata keçirilir. Şəhər, rayon məşğulluq mərkəzləri və ya "DOST" mərkəzləri tərəfindən göndərilən əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar.
A.Cəfərovun sözlərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub:
“Məcəllənin 194-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə tətbiq edilir. Bu inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur”.
Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova bildirir ki, işəgötürənlər işçi qəbul edərkən əlilliyi olan qadınlara münasibətdə kvotaya daha ciddi əməl etmələrinə ehtiyac var. Əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılması onların öz problemlərini həll etmək imkanlarını da artırmış olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün əlillərin, o cümlədən əlilliyi olan qadınların məşğulluğunun təmin olunması üçün addımlar atılır, sahibkarlarla iş aparılır. Düşünürəm ki, bu istiqamətdə görüləcək işlər hələ çoxdur.
Məhluqə Rəhimova
M.Rəhimovanın sözlərinə görə, Azərbaycanda əlilliyi olan qadınların təhsil alması, ailə qurması da ciddi problem olaraq qalır:
“Əksər hallarda əlilliyi olan qızları məktəbə buraxmırlar. Bu isə onların gələcəkdə məşğulluğu ilə bağlı problem yaradır. Əlilliyi olan qızlarla evlənmək istəyənlər də çox nadir hallarda tapılır: bizdə ailə təsərrüfatının əsas idarəçisi qadındır. Buna görə də ev, məişət işlərini görə bilməyən fiziki imkanları məhdud qızlarla heç kim ailə qurmaq istəmir. Bir çox hallarda ailə qurulsa da, tezliklə boşanma ilə nəticələnir.
Birlik rəhbəri əlilliyi olan qadınlara xüsusi yanaşmanın olmasını zəruri sayır:
"Biz cəmiyyət olaraq əlilliyi olan qadınları özümüzdən biri kimi görməyi öyrənməliyik. Biz çox istərdik ki, əlilliyi olan qadınlara həm cəmiyyətdə, həm də ailədə fərqli bir münasibətin formalaşması üçün müəyyən addımlar atılsın. Məsələn, əlilliyi olan qadınların ailələrinə köməkçilərin, sosial işçilərin verilməsi çox gözəl bir addım olardı. Bu, əlilliyi olan qızlarla ailə qurmaqdan ehtiyatlanan gənclər üçün bir stimul olar".
Birinci qrup əlil olan Bahar Şıxıyeva Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində doğulub, orada böyüyüb. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birinci kursunda təhsil alarkən qarda sürüşüb və bütün həyatı alt-üst olub:
Bahar Şıxıyeva
“Üç il yataq xəstəsi olduqdan sonra İranda aparılan müalicələr nəticəsində çəliklərlə yeriməyə başladım. Ata-anam rəhmətə gedəndən sonra Bakıya gəldim, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzində müalicə aldım. Oradan çıxandan sonra rayona qayıtmadım – çünki yaşamağım üçün heç bir şərait, mənə qulluq edəsi kimsəm yox idi. Bakıya gələndə bərpa mərkəzinin yaxınlığındakı kiçik dərzi sexində işləməyə başladım.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində dərziliyi daha dərindən öyrəndim. Eyni zamanda xalçaçılıq sənətinə yiyələndim. Bundan başqa, müalicəvi masaj kursuna gedib, onu da fərqlənmə ilə bitirdim. Amma səhhətimdəki problemlər dərinləşdiyinə görə 2015-ci ildən yenidən arabaya möhtac qaldım”.
Hazırda Bahar xanım Masazırda “Məzun evi”ndə yaşayır. Əlilliyə görə sosial ödənişlər alır:
“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirəm – Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində ildə iki ay xalçaçılıq kursunda müəllim kimi fəaliyyət göstərirəm. Eyni zamanda evdə müxtəlif sifarişlər götürməyə çalışıram. 15-40 sm-lik xalçalar toxuyuram, kuklalar hazırlayıram, yataq dəstləri tikirəm. Hərdən fürsət düşəndə əl işlərimi sərgiyə çıxarıram”.
Müsahibimiz deyir ki, səhhətinə görə ona ən sərfəli iş dərzilikdir:
“Əvvəla, keyfiyyətli tikiş maşını və overlok almaq istərdim. Mən işləmək, özüm öz xərclərimi qarşılamaq istəyirəm. Bilirsiniz, araba ilə işə gedib-gəlmək üçün bizdə şərait yoxdur. Buna görə də evdən işləmək lazımdır. Gündə 10 dəst yataq ağı tikə bilərəm. Sadəcə, onları satmaq problemi var. Bunun da əsas yolu tikdiyim ağları uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzləri, qocalar evləri, pansionatlara alışını əlaqələndirməkdir. Bunu etsələr, özüm-özümü tam təmin edərəm. Mən gələn ildən universitetə də bərpa olunacam, artıq bu məsələ də həll olunub. Qiyabi oxuyacam, təhsilimi başa vura bilsəm, məktəbdə müəllim işləyəcəm”.
B.Şıxıyevanın arzusu yenidən çəliklə yerimək imkanı əldə etməkdir:
“Çəliklə də olsa yeriməyə başlasam, işə gedib-gələ bilərəm. Mənim xəstəliyim elədir ki, tam yeriməyim mümkün deyil. Amma ümid edirəm ki, arada bir neçə ildə olduğu kimi, çəliklərlə də olsa yeriyə biləcəm”.
Dünya SAKİT,
Musavat.com
Qeyd: Bu yazı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Oxşar Xəbərlər
Prezidentdən əlilliyi olan şəxslərlə bağlı qərar - Yenilik
BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan şəxslər üçün içik bizneslər yaradılır
Prezident İlham Əliyevdən çoxdan gözlənilən SƏRƏNCAM
Nazirlik 1-ci və 2-ci qrup əlillərlə bağlı qaydanı DƏYİŞDİRİR
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları