8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
"Bakı Mühəndislik Universiteti" (BMU) Publik Hüquqi Şəxsi tələbə-müəllim heyətinin 30 iyul – 20 avqust 2022-ci il tarixlərində Cənubi Koreyada təşkil olunan yay məktəbində və təlimdə iştirakı üçün 713 min 115 manat dəyərində aviabilet və tibbi sığorta xidmətləri satın alıb.Sozcu info yeniavaz.com-a istinadla xəbər verir ki, aviabiletlər bir mənbədən satınalma metodu ilə həyata keçirildiyi üçün BMU bu barədə nə dövlət satınalmala portalında, nə də mətbuatda elan yerləşdirməyib.Aviabiletləri BMU-ya “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi tərəfdaşı olan “Europe Travel Assistance” MMC (VÖEN- 1302470941) satacaq.Məlumat üçün bildirək ki, “Europe Travel Assistance” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Yusifova Fidan Şahin qızıdır.