Erməni izi, yaxud “Bolt” və “Uber” sürücüləri nəyə etiraz edirlər? - ARAŞDIRMA

2022-ci il avqustun 7-də Bakıda bir qrup taksi sürücüsü “Bolt” və “Uber” şirkətlərinin Azərbaycandakı fəaliyyətinə qarşı etiraz aksiyası keçirib. Sürücülərin sözlərinə görə, bu şirkətlər erməni əsilli şəxslər tərəfindən maliyyələşdirilir və onların fəaliyyəti qanun pozuntusu ilə həyata keçirilir.



Xatırlatmaq istərdik ki, 13 iyul 2020-ci il tarixində “Yandex” və “Uber” şirkətləri onlayn səyahət bron biznesini birləşdirmək və “Yandex.Taxi”nin baş direktoru Tiqran Xudaverdyanın rəhbərlik etdiyi yeni şirkət yaratmaq qərarına gəliblər. Xudaverdyanın özününuber-v-tom-chisle-i-v-armenii-7935195.html" target="_blank" rel="noopener"> dediyinə görə, yeni şirkət Rusiya, Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan və Azərbaycan bazarlarında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Tiqran Xudaverdyan həm də “Yandex” media resursuna rəhbərlik edir. Məhz bu media resursu uzun illərdir ki, Azərbaycana çamur atmaqla məşğuldur.

Bu resursda terrorçu və dinc azərbaycanlıların qatili Monte Melkonyan qəhrəman kimi göstərilib. 44 günlük müharibə zamanı bu resurs birmənalı olaraq erməni tərəfini dəstəkləyirdi və Tiqran Xudaverdyan özü erməni millətçilərinə maliyyə dəstəyi göstərirdi.

Azərbaycan hökuməti Xudaverdyanın Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına niyə icazə verir? Axı heç kim təminat verə bilməz ki, o, ölkəmizdə qazandığı pulu erməni separatçılarına yardıma göndərməyəcək.

DİA.AZ xəbər verir ki, AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Agentlik sərnişinlərin daşınması ilə məşğul olan şirkətlərin fəaliyyətinə icazə verə və ya qadağan edə bilməz: “Xatırlatmaq istəyirəm ki, dörd il əvvəl biz təsisçiləri erməni millətinin nümayəndələri olan şirkətlərlə əməkdaşlıqdan imtina etmək təklifi ilə sürücülərə müraciət etmişdik. Lakin sürücülər bizim xəbərdarlıqlarımıza məhəl qoymadılar”.

İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mətbuat xidmətinin rəhbəri Elmar Yaqubov isə bildirib ki, bu məsələ ilə bağlı İN-ə müraciət edilməlidir: “İstənilən şirkət vergi ödəyicisi kimi qeydiyyatdan keçib. Vergilər Nazirliyinin funksiyaları isə İqtisadiyyat Nazirliyinə verilib”.

Məsələ İN-in mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bizə söz verdilər ki, bu məsələni mütləq araşdırıb bizə məlumat verəcəklər. Təəssüf ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən heç bir cavab almadıq.

Milli Məclisin üzvü Vahid Əhmədov əməkdaşımızla söhbətində qeyd edib ki, əgər İN erməni millətçilərinin fəaliyyətini maliyyələşdirən Tiqran Xudaverdyanın rəhbərlik etdiyi “Uber” şirkətinin fəaliyyətini dayandırmasa, bu, o deməkdir ki, şirkətin fəaliyyəti Azərbaycan məmurlarının maraqlarına uyğundur: ““Uber”in bağlanmasından Azərbaycan heç nə itirməyəcək. Ölkəmizdə sərnişinlərin daşınması üçün kifayət qədər şəxsi müəssisələr var”.

Deputat sürücülərin aksiysını belə şərh edib: “Bu, o deməkdir ki, onların şərəf və ləyaqəti bəzi məmurlarımızdan daha çoxdur”.

Biz də “Uber” işçilərinin fikrini öyrənmək qərarına gəldik. Mehman adlı dispetçerin bizə dediyinə görə, onların şirkətində İctimaiyyətlə əlaqələr şöbəsi yoxdur. Təklif etdi ki, *3333-ə zəng edək.

Mehmanın məsləhətinə əməl etdik. Və belə bir cavab aldıq ki, onlar “Uber”-in Tiqran Xudaverdyana aid olması barədə heç nə bilmirlər...



Oxşar Xəbərlər

Xəbər lenti