Ermənilər qəbirləri dağıdır - Rus sülhməramlılar hara baxır?


Sosial şəbəkələrdə erməni vandalların qəbir daşlarını, məzarlıqları dağıtması ilə bağlı görüntülər yayılıb. Bəzi internet mütəxəssisləri tərəfindən həmin məkanın geolokasiya yeri müəyyən edilib və həmin ərazinin Xankəndi şəhərinə yaxın olduğu bildirilir". 

Sozcu.info xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndinin millət vəkili Tural Gəncəliyev Xankəndi yaxınlığında azərbaycanlılara aid məzarların ermənilər tərəfindən dağıdılmasına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, ümumiyyətlə, bu hadisəni Azərbaycan xalqına qarşı humanitar hüquq konteksində törədilən cinayətlərin davamı kimi qəbul etməliyik:

"Bu hadisə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 il ərzində həyata keçirilən insanlıq əleyhinə cinayətlərin davamı kimi nəzərdən keçirilməlidir. Qəbir abidələrinin, məzarlıqlarının dağıdılması həm Azərbaycan qanunvericiliyi, həm beynəlxalq hüquqla ən ağır cinayət hesab olunur. Belə addımlar, bu, ümumiyyətlə, bəşəriyyətə qarşı ağır cinayətlər kimi nəzərdən keçirilir. Bu addım Azərbaycan xalqının irsinin yer üzündən silinməsi, azərbaycanlılara qarşı törədilən vandal bir hərəkətdir. Təbii ki, bu hərəkəti törədənlər və buna ehtinasız yanaşan bütün şəxslər beynəlxalq hüquqla məsuliyyət daşıyır. Azərbaycan xalqının irsinin dağıdılmasına yönəlmiş hərəkətlər cavabsız qalmamalıdır. Xüsusilə də bu hadisənin rus sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidə baş verməsi çox təəssüf doğrurur. Bu, qətiyyən qəbuledilməzdir və Azərbaycan xalqının dəyərlərinə, mənəviyyatına qarşı böyük bir zərbədir. Hesab edirik ki, bu cinayət hərəkətlərinə görə məsuliyyət daşıyan şəxslər məhkəmə qarşısında cavab verməlidir". 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}