Arif Qasımovun "vuran əli" və "qara kassası"nın içki dolu süfrəsi, gecə klublarındakı əyləncəsi - Lüks həyatdan FOTOLAR


Yasamal Rayonu Yeni Azərbaycan Partiyasının (YAP) sabiq sədr müavini  Ramin Əhmədov yenidən lüks həyatı, şərablarla dolu masası ilə diqqət çəkib. 

Hurriyyet.Az-ın məlumatına görə, hazırda "Media Araşdırmaları və Monitorinq Mərkəzi" İB-də çalışan R.Əhmədov şəkillərini hərkəsə açıq şəkildə paylaşmaqdan da çəkinmir. 

Həmin fotoların bəziləri A.Qasımov sayəsində qazandığı “Bizbizə” restoranı”nda çəkilib. 

Həmçinin Ərəbistandakı bahalı otellərin foyesində, xaricdəki disko klub və barlarda çəkilmiş fotolar da gözdən yayınmır. 

Dəyər verdiyi "Galendvageni" də nümayiş etdirməkdən çəkinmir.

Qeyd edək ki, R.Əhmədov hazırda özünü mətbuatda Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi, Missiya Media Qrupunun rəhbəri kimi təqdim etdirir. 

Xatırladaq ki, rəsmi olaraq YAP-da sədr müavini olsa da mətbuatda gedən məlumatlarda adı  Yasamal rayonu sabiq icra başçısı Arif Qasımovun "qara kassası", "vuran əli" kimi çəkilib.  Çünki Ramin bəy uzun müddət kikboks idman növü ilə məşğul olub. 

Mətbuatda gedən məlumatlarda qeyd edilir ki, sözügedən şəxsin onlarla bahalı obyekti, ticarət mərkəzləri, restoranları və mülkləri var. Məsələn, “Neftçilər” metrosu ətrafındakı bütün obyektlər, restoran və köşklərin hamısı adıçəkilən şəxsə məxsusdur.
Bundan başqa onun digər obyektləri aşağıdakılardır:

- “Praqa” restoranından “8-ci km bazarı”na kimi park və yol boyu bütün obyektlər;

- “Üzüm” restoranı;

- “Tayqa” restoranı;

- “Bizbizə” restoranı”

- “Port Baku” yaşayış kompleksində mənzil;

- Şüvəlan və Mərdəkanda milyonluq bağ evləri;

- Nizami rayonu ərazisində onlarla mənzil;

- Dəyəri 420 min dollar olan “Mercedes G 63 AMG” markalı maşın;

Məlumatda həmçinin bildirilmişdi ki, bu obyektlərin hamısı icarədədir və onların ən ucuzunun aylıq icarə haqqı 10 min manata bərabərdir. 

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırq.

 

 

Mənbə: 32gun.az




Oxşar Xəbərlər

Xəbər lenti