Ukrayna XİN başçısı NATO müttəfiqlərinə çağırış edib

Bu gün Ukraynaya kömək etməyin yeganə yolu Putini və Rusiya qüvvələrini Ukrayna torpaqlarında məğlub etmək üçün lazım olan dəstəyi ölkəmizə verməkdir.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO XİN başçılarının iclasından əvvəl NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlamasında deyib.
“Son həftələrdə həm Ukrayna Ordusu, həm də xalqımız necə döyüşməyi və qalib gəlməyi bacardığımızı nümayiş etdirib. Lakin davamlı və lazımi dəstək olmasa, Ukrayna əldə etmək istədiyi silahlarla təmin olunmazsa, Ukraynanın bu qələbəsi həm də ağır itkilərlə müşayiət olunacaq. Biz nə qədər çox silah alsaq və həmin silahlar Ukraynaya tez çatdırılsa, bu halda daha çox insan həyatını xilas etmiş olacağıq, daha az şəhərlər dağıdılmış olacaq və daha Buçada yaşananlar təkrarlanmayacaq.
Bütün müttəfiqləri öz tərəddüd və istəksizlərini kənara qoymağa və Ukraynanı ehtiyacı olduğu hər şeylə təmin etməyə çağırıram. Bir az qəribə səslənə bilər, ancaq bu gün silah sülhə xidmət edir”, - Kuleba qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti