Bakıda 75 AZN-ə satılan dərman Türkiyədə 8 manatadır – Foto


Diabet xəstələrinin müalicəsində istifadə olunan “Galvus Met” dərmanı Türkiyə apteklərində Bakıdakılardan 11 dəfə ucuz satılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli sosial şəbəkə hesabında paylaşım edib.

"Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (13 manat 68 qəpik) (bir qutusu təxminən 6,84 AZN – red.) satılır", - paylaşımda bildirilib.

Göründüyü kimi, Bakıda sözügedən dərmanın bir qutusu üçün ödənilən məbləğlə Türkiyədə təxminən 11 qutu həmin dərmandan almaq mümkündür.

M. Məmmədli bu yaxınlarda Gürcüstanın paytaxtında eyni dərmanın bir qutusunu 11 manata aldığını bildirib.





Oxşar Xəbərlər

Xəbər lenti