8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdəki ekoloji vəziyyəti yoxlamaq üçün bölgəyə səfər edən ekoloqlarımız Xocalı rayonunun Seyidbəyli kəndi yaxınlığında yerləşən Xaçın mədən və emalı zavoduna da baş çəkiblər.
Sozcu.info yenisabah.az-a istinadən xəbər verir ki, həmin mədəni qanunsuz olaraq birbaşa “Vallex” şirkətlər qrupu istismar edir.
“Vallex” şirkəti kimindir?
Korporasiya barədə qısa bir araşdırma apardıq.
İşçilərinin sayı və illik qazancı açıq mənbələrdə mövcud olmayan, habelə rəhbərliyinə dair xəsis məlumatların olduğu bu şirkətin baş ofisi İrəvanda yerləşir.
“Vallex” şirkətlər qrupununun rəhbəri Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı İdarə Heyətinin üzvü, sənaye maqnatı Valeri Mejlumyandır. O, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə keçmiş iqtidarla yaxın münasibətləri ilə tanınıb. Hətta onun iqtidarı dövründə medalla belə təltif olunub.
“Vallex” şirkətlər qrupu bir sıra sahələri əhatə edir: mədən sənayesi, hidrometallurgiya və pirometallurgiya, elmi araşdırma, informasiya texnologiyaları (IT), otelçilik, ekoturizm və s. Korporasiyanın İrəvanla yanaşı, Moskvada da otelçilik və digər biznes fəaliyyəti mövcuddur.
V. Mejlumyanın korporasiyası işğal dövründə Qarabağ və ətraf ərazilərdəki mədənlərlə yanaşı, Ermənistan ərazisində də bir sıra layihələr həyata keçirib. Hazırda isə şirkət qanunsuz olaraq Xocalı rayonu ərazisində fəaliyyət göstərməkdədir.