Vasif Talıbovun növbəti QANUNDANKƏNAR QƏRARI...


Naxçıvan Muxtar Respublikasında onun icazəsi olmadan taksi kirayə götürüb, çörək pulu qazanmaq olmaz

Naxçıvan Muxtar Respublikası sakinləri tərəfindən Hurriyyet. az-ın redaksiyasına şikayət daxil olub. Şikayətçilər Naxçıvan şəhərində baş vermiş  qanundankənar hadisəni  işıqlandırmağımızı xahiş edirlər.

Bir qrup şikayətçinin sözlərinə əsasən, Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun icazəsi olmadan taksi kirayə götürüb, çörək pulu qazanmaq olmaz: "Naxçıvanda sarı taksilər var, göy nömrəli söhbət o maşınlardan gedir. Yalnız bu taksiləri sahibkarın özü sürməlidir. Bildiyiniz kimi, bir çox şəhər və rayonlarda olduğu kimi Naxçıvanda da işsizlik baş alıb gedir. Lap əvvəllər taksi fəaliyyəti ilə məşğul olub, ailəmizi dolandırırdıq. Bir müddət sonra, yəni fevral ayından Vasif Talıbovun əmrinə əsasən heç kəsə kirayə maşın verilmədi. Biz hardasa 200-300 nəfər bununla əlaqəli Dövlət Yol Polisinə və Nəqliyyat Nazirliyinə müraciət etmişik. Onlar da yazılı qərarın olmadığını, amma tapşırığın yuxarıdan gəldiyini qeyd etdilər. Sizindən xahiş edirik ki, bu məsələni işıqlandırın. Bəlkə, bu qanunsuz qərar ləğv olunar".


Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}