Naxçıvanda bu nazirlikdə NƏLƏR BAŞ VERİR?.. - BU NƏDİ BELƏ?

Naxçıvanda bu nazirlikdə NƏLƏR BAŞ VERİR?..
DİA.AZ: - Tanınmış jurnalist Heydər Oğuz Naxçıvandan növbəti şikayət məktubunu paylaşıb. DİA.AZ jurnalistə istinadla həmin müraciəti olduğu kimi paylaşır:
"Orucov Sahhüseyn Səfərəli oğlu 4 mart 1990-cı il Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşam.
1997 Dəmirçi kəndi tam orta məktəbin 1 sinfinə daxil olmuşam 2008-ci ildə həmin məktəbi bitirmişəm.2008-ci ildə Azərbaycan Respublikası Fövqəladə hallar nazirliyi Bakı Yanğın Texniki Məktəbinə daxil olmuşam.
2011-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Yanğın Texniki Kollecini bitirmişəm. Xidmətimi davam etdirmək üçün Naxçıvan Muxtar respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin inspektoru Vəzifəsinə təyin olunmuşam.
Naxçıvan MR Fövqəladə Hallar nazirinin 29.09.2012 tarixli əmrinə əsasən Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Növbətçi Yanğınsöndürmə xidmətinin rəisi vəzifəsinə təyin olunmuşam. Xidmətdə olarkən Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müavini general-mayor Hikmət Kərimov Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsini yoxlamaya gəlmiş yoxlama zamanı onun sürücüsü Quliyev Əlizaminlə söhbət zamanı, Quliyev Əlizamin dedi ki, kəndinizdə sağlam idmançı, hərbi xidmət keçmiş şəxslərin işə qəbulu keçiriləcək. Hikmət Kərimovun tapşırığıdır. Kəndinizdə belə adam olsa mənim nömrəmi verərsən onlara, Hikmət Kərimovla görüşdürüm, onları işə götürsün.
Məndə kənddə olan sinif yoldaşım və dostuma General-mayor Hikmət Kərimovun sürücüsünün nömrəsini verdim, başqa olub bitənlərdən xəbərim olmadı.
Bunu eşidən Nazir Şamı Abdullayev məni cəzalandırmağa başladı. İlk öncə mənə töhmət, sonra xidmətə uyğunsuzluq cəzası verildi. Xidmətdə olduğum zaman Naxçıvan Muxtar respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Rəisi Ehtiram Məmmədov şöbəyə gəldi mənə nazir tərəfindən cəzalar verildiyini elan etdi. Bir gündə mənə 3 cəza verildi. Cəzalar nəticəsində rütbəm Baş leytinantlıqdan leytinantlığa, vəzifəm isə mayor vəzifəsindən Baş leytinant vəzifəsinə endirildi, xidmət yerimi Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən, Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə inspektor vəzifəsinə dəyişdirildi.
Ordubad rayonunda xidmət etdiyim zaman 3 dərəcəmi əlimdən alındı. 23 aprel 2016-cı ildə nazir və Nazirliyin vəzifəli şəxsləri tərəfindən məndən imtahan götürüldü. Naxcivan MR Fövqəladə Hallar nazirinin 24 aprel 2016-ci tarixli 040/Ş N-li əmri ilə [ Fövqaladə Hallar orqanlarında xidmətkeçmə haqqında ] Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 33.1.12-ci yarımbəndinə müvafiq olaraq Fövqəladə Hallar orqanlarından xaric edilməklə xidmətimə xitam verildi.
13 gün içində mənə bu qədər cəzalar verildi. Halbuki bir suça bir cəza verilməlidir. Mənim isə suçum nazirdən gələn əmri yerinə yetirmək olmuşdu".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}