Naxçıvanın baş naziri süpürgəçi işinə göz dikib… - ŞİKAYƏT


“Səbuhi Mammədov qızımın yerinə öz qohumunu yerləşdirib”

Naxçıvan şəhəri, Şərur rayonu, İbadulla kənd sakini Novruzov Tapdıq Səyyad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, illərdir qızı üçün söz verildiyi süpürgəçi işinə baş nazirin əmisi qızını götürüblər:

“Mən, Novruzov Tapdıq Səyyad oğlu, yazaraq sizə bildirirəm ki, Naxçıvanda bu qədər çevrilişlərə baxmayaraq, vəzifədə qalan bəzi məmurlar yenə “at oynadırlar”. Kasıbın haqqını yeyirlər. İllərdi qızım üçün süpürgəçi işi söz verilmişdi. Qızım yanımda yaşayır, işə ehtiyacı olan bir qadındır. Bu yaxınlarda eşitdik ki, bizə söz verilən yerə işçi götürüblər. Qızımı da götürdüm, getdim idarəyə. Bizi qəbul etdilər, danışdıq, bizə dedilər ki, baş nazirin tapşırığı var, onun əmisi qızını işə götürmüşük.

Baş nazir Səbuhi Mammədov mənim qızımın yerinə öz qohumunu yerləşdirib. Mənim vəzifə də işləyən adamım, qohumum yoxdur deyə qızım işsiz qalacaq? Hər bir vəzifəyə, insanların torpaqlarına sahib çıxan bu acgöz məmurların sonu nə vaxt gələcək bəs?

Səbuhi Məmmədov Naxçıvanda qoçuluq edən məmurlardan biridir. Onun qaynatasına 30 il bundan qabaq torpağımı icarəyə vermişdim. Bir neçə illər hər ay ödədi, kürəkəni vəifəyə gəldikdən sonra kirayə haqqı ödəmədi. Hər dəfə pulumu istədikdə, hədə-qorxu gəlirdilər. Dəfələrlə polislərlə qorxudublar. Artıq qoca kişiyəm, nə döyülməyə, nə də polisdə gəzməyə halım olmadığına görə, torpağımdan keçdim. Onlar da sanki, torpaq onlarınmış kimi ürəklərindən oldu.

Səbuhi Məmmədov haqqında araşdırılma aparılsa, etdiyi özbaşınalıqlara görə o da vəzifəsindən gedəsidir.

5 il bundan qabaq evimdə gecə saatlarında oğru tutdum. Polisi çağırıb, təhvil verdim. Sonra polis necə oldusa oğrunu buraxaraq, ailə üzvlərimi və məni 5 günlük həbs etdilər. Biz hələ bu günə kimi bilmirik ki, bizim günahımız nə idi. Orada da ailə üzvlərimə və mənə işgəncələr olundu. Kimin sifarişi idi, nə iş idi, bilmədik...

Sizin sayt vasitəsilə cənab Prezidentə müraciət edirəm, xahiş edirəm bu məsələnin araşdırılması üçün tapşırıq versin”.

P.S. Naxçıvanın baş naziri Səhubi Məmmədov haqqında əlimizdə bir neçə şikayət daha var. Hətta, deyilənlərə görə, onun barəsində DTX-ya şikayət edən insanlar olub, amma hələ heç bir tədbir görülməyib.

Belə iddialar da var ki, Naxçıvan şəhəri, Şərur rayonu, İbadulla kənd sakini olan Səbuhi Məmmədov “erməni əsilli”dir.

Adlarının gizli qalmasını xahiş edən şikayətçilər Səbuhi Məmmədovun Bankda işlədiyi vaxtlardan çoxsaylı haqsızlıqlar etdiyini deyirlər.

Maraqlıdır, qadın, kişi demədən əmrinə tabe olmayan çarəsiz insanlara zülm edən belə bir şəxs haqqında niyə araşdırılma aparılmır? Səbuhi Məmmədovun arxasında duran Vasif Talıbov vəzifədən gedibsə, o, indi başqa kimlərə arxayındır, görəsən?!




Oxşar Xəbərlər

Xəbər lenti