8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Geridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin isə həbsləri ilə yadda qaldı. Ələxsus da, külli miqdarda mənimsəmə və korrupsiyada ittiham olunan xeyli sayda məmur kreslodan birbaşa dəmir barmaqlıqlar arasına yollandı.
Eyni zamanda ötən ilki həbslər müstəqillik tarixinin ən böyük mənimsəmə faktlarını da ortaya çıxardı.
Hurriyyet.az xəbər verir ki, bizim.media 2022-ci ildə həbs olunan məmurları araşdırıb.
1. Zakir Soltanov
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.
2. Nizami Məmmədov
Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
3. Eldar Həsənov
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.
4. Məharət Mustafayev
Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib.
5. Rəşad Məlikzadə
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə bu ilin sentyabrında saxlanılıb. Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.Məhkəmə vəsatəti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
6. Elnur Əliyev
Mədəniyyət nazirinin I müavini Elnur Əliyev noyabrın 1-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsədə ittiham edilir. Barəsində istintaq tədbirləri davam etdirilir.
7. Mənsur Əsgərov
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov noyabrın 25-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. M. Əsgərov "xüsusilə külli miqdarda" mənimsəmədə ittiham olunur.Gömrük rəsmisinin mənimsədiyi vəsaitin həcminin isə 132 milyon manat olduğu bildirilir.
8. Rafael Əliyev
Noyabrın 28-də Naxçıvanda baş tutan növbəti əməliyyatla Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev saxlanılıb. Nazir mənimədiyi vəsaitin miqdarına görə, Mənsur Əsgərovu da geridə qoyub. Xüsusi xidmət orqanları tərəfindən saxlanılan məmur 144 milyon manatlıq mənimsəmədə ittiham olunur
9. Hicran Rüstəmov
Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov saxlanılıb. "Xüsusilə külli miqdarda" mənimsəmədə ittiham olunan H. Rüstəmovun mənimsədiyi məbləğ 212 milyon manat olub.