Şadlıq saraylarında aparılan monitorinqin nəticələri açıqlandı


Bakı şəhərinin inzibati ərazisində yerləşən 49 ictimai iaşə müəssisəsi və şadlıq sarayından 24-də atmosferə atılan zərərli tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmadığı və atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib".

Sozcu.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Xidmətinin rəisi Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında bildirib.

"Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzlərindən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Gəncə şəhərində 3 şadlıq sarayında atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, 8 sadlıq sarayı və ictimai iaşə obyektində isə atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədi ilə quraşdırılmış qaz-toz tutucu qurğuların istismar qaydalarına riayət edildiyi və atmosfer havasına atılan tullantıların yol verilən hədd daxilində olduğu müəyyən edilib. Qanunvericiliyin pozulması halları aşkar edilmiş obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin 233.1-ci və 237.1-ci maddələrinə əsasən, inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub, atmosfer havasının mühafizəsi məqsədilə müvafiq təmizləyici qurğuların quraşdırılması barədə onlara məcburi göstərişlər verilib və xəbərdarlıq məktubları göndərilib.

2021-ci ildə Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 79 şadlıq sarayında və ictimai iaşə obyektində analoji monitorinqlər keçirilib. Aparılmış ölçmə işləri nəticəsində 34 şadlıq sarayında və restoranda ətraf mühitə atılan tullantının miqdarının yol verilən hədddən artıq olduğu müəyyən edilib. Qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin 233.1 və 237.1 maddələrinə əsasən, inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub. Qalan 45 obyektdə ətraf mühitə atılan tullantının miqdarı yol verilən hədd daxilində olunub", - H.Əlizadə əlavə edib.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti