Məmurların mərmər biznesi: - Onu yerə döşəmək korrupsiya əməlidir


biabırçılığın şahidi oluruq. Vəziyyətin bu həddə çatması şəhərsalmaya nəzarətin zəif olmasından qaynaqlanır. Dəfələrlə sürüşkən döşəmə səbəbindən neçə nəfərin qol-qıçının sındığının şahidi olmuşam. Şəhərsalmaya nəzarət edən aidiyyatı qurumlar piyada təhlükəsizliyinə riayət etməlidir. Mövcud vəziyyət aidiyyatı qurumların gözü qarşısında baş verir".

E. Muradlı vaxtıilə tikilmiş piyada keçidlərinə vurulmuş mərmər üzlüklərin piyadaların həyatını təhlükəyə atdığını da qeyd edib:

"Piyada keçidi piyadanın həyatını təhlükədən qorumaq məqsədilə inşa edilir. Bizim qurumların yarıtmaz işi nəticəsində piyada keçidləri qışda onların həyatına təhlükə yaradır. Bu problem aradan qaldırılmalıdır".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, Agentlik tərəfindən son illər inşa edilən yeraltı piyada keçidlərində bu məqam nəzərə alınır. Keçidin döşəməsinə sürüşkən olmayan materiallar vurulur:

"Mərmər döşənən keçidlər Agentlikdən əvvəlki qurum tərəfindən inşa edilib. Bizim qurum piyada keçidlərinin inşası zamanı bu məqamı nəzərə alır. Gələcəkdə ola bilər ki, mərmər döşənən keçidlər sürüşkən olmayan materiallarla əvəzlənsin".

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mərmər üzlüklərdən istifadə bəzən şəxsi məqsədlərə xidmət edir:"Bir vaxtlar Milli Məclisin qarşısına da mərmər qranit vurmuşdular. Sürüşkən olduğundan söküldü. Parklarda, piyada keçidlərində yerə mərmər döşəmək heç bir məntiqə sığmır. Sözsüz ki bu mərmərdən istifadə korrupsiya əməlidir. Kiminsə mərməri satılsın deyə, hansısa məmur qazansın deyə həmin qranitlər büdcə hesabına alınaraq yerə döşənib. Yoxsa niyə bilə-bilə ki, bu, sürüşkən materialdır, onu baha qiymətə alıb yerə döşəsinlər? Milli Parkda da bu problem vardı. Bizim ənənəmizdə bir yerin sökülüb dəfələrlə təmir edilməsi var. Burada korrupsiya izi olduğu aydındır. Ona görə də ən azı insanların həyatını bu təhlükədən qurtarmaq üçün o mərmərləri sürüşməyən materialla əvəzləmək lazımdır".



Oxşar Xəbərlər

Xəbər lenti