8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu günlərdə Britaniya mediasında azərbaycanlı biznesmen Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovanın neçə vaxtdır beynəlxalq miqyaslı qalmaqala çevrilmiş boşanma işinin axarını kökündən dəyişdirən sensasion məqalə dərc edilib.
Sozcu.info versiya.ru (https://versia.ru/priznaniya-marka-ajla-chto-on-byl-grazhdanskim-muzhem-tatyany-axmedovoj-i-mnogochislennye-narusheniya-v-xode-sudebnogo-processa) portalına istinadla xəbər verir ki, Sürrey qraflığının Veybric şəhərində yaşayan 32 yaşlı veb-dizayner Mark Ayl "The Daily Mail” qəzetinə açıqlamasında həqiqətən Tatyana Əhmədovanın rəsmi nigahda ola-ola ərinə onunla xəyanət etdiyini açıqlayıb.
Məqalədə deyildiyi kimi Mark Ayl etiraf edib ki, 19 yaşı olanda 28 yaşlı Tatyana ilə münasibət qurub və faktiki olaraq onun vətəndaş nigahlı əri olub. Aylın bildirdiyinə görə bu yaxın münasibətlər uzun illər davam edib. Britaniyalı veb-dizayner jurnalistlərə deyib ki, Tatyana ilə onun iki azyaşlı oğlunu apardığı məktəbdə tanış olmuşdu. Ayl isə həmin məktəbə öz kiçik qardaşını aparırdı.
Mark Aylın adı Tatyana Əhmədovanın iddiası əsasında London Yüksək Məhkəməsində baxılmış boşanma və təzminat işində çəkilirdi. Lakin məlum olduğu kimi Tatyana bu faktı da inkar edib. İndi isə Tatyananın faktiki olaraq vətəndaş nigahlı keçmiş ərinin etirafları britaniyalı baristerlər, Əhmədovun keçmiş arvadının vəkilləri tərəfindən diqqətlə düzlüb-qoşulmuş iddia əsasında London Yüksək Məhkəməsinin misli görünməmiş sərt hökmünü alt-üst edir. Hansı ki, məhkəmə biznesmenin sərvətindən onun keçmiş arvadına 600 milyon dollardan çox ödənilməli olduğu haqda tamamilə qeyri-peşəkar və siyasi anqajə edilmiş qərar çıxarıb.
Tatyana vəkillər ordusu ilə sübutları məhkəməyə aparır
Versiya.ru yazır ki, Tatyana ilə münasibətlərin kəsilməsindən əzab çəkən, onunla 2000-20015-ci illər ərzində faktiki vətəndaş nigahında olmuş Mark Aylın açıq etirafları Britaniya Femidasının qurduğu sübutlar piramidasını darmadağın edir, daşını daş üstündə qoymur.
Əgər söhbət nigahın pozulması prosesindən getməsəydi o zaman Mark Aylın bu geri dönüşü günahın etiraf edilməsi kimi qiymətləndirilə bilərdi, hansı ki, bu faktiki olaraq belədir. "Və hətta London hakimləri onun etiraflarını sübut kimi qəbul etməsəydi belə ən azından Aylı dindirməyə sadəcə olaraq borclu idi. Lakin belə məlum olur ki, Yüksək məhkəmənin hansısa başqa öhdəlikləri, bizə belə gəlir ki, korrupsiya mənşəli öhdəlikləri olub”-sayt yazır.
Məqalədə deyilir ki, hara fırladırsan fırlat, London Yüksək Məhkəməsi ərinə xəyanət etmiş arvadın tərəfini tutub. Hətta onu bu xəyanətə görə kralsayağı mükafatlandırıb. Əgər söhbət britaniyalı ailədən getsəydi məhkəmənin belə qərar çıxara biləcəyini heç ağla da gətirmək olmazdı, çünki bütün normal ölkələrdə nigah xəyanətə görə pozulursa təzminat məsələsində xəyanət etmiş tərəf mükafatlandırıla bilməz.
Mark Ayl, Tatyananın mülki nigahlı keçmiş əri
Müəllif qeyd edir ki, Böyük Britaniya qanunvericiliyi boşanmaya əsas verə biləcək dörd sanballı səbəb göstərir:
"London Məhkəməsində Tatyana Əhmədovanın boşanma iddiasına baxılarkən boşanmaya əsas verə biləcək təkcə iki səbəb ortada idi-xəyanət, özü də Tatyana tərəfindən və keçmiş ər-arvadın bir-birindən uzun müddət ayrı yaşaması.
Ona görə də budur, Yüksək məhkəmə hər iki sübut bazasını baş-ayaq edib. Tatyana tərəfindən ərinə xəyanətə sadəcə olaraq məhəl qoymayıb, onun keçmiş sevgilisi Mark Aylın ifadəsini almayıb, habelə Tatyananın guya keçmiş əri ilə lap elə son vaxtlara qədər ər-arvad həyatı yaşadıqları haqda dediklərinə də inanıb, bunu sübut kimi qəbul edib”-sayt yazır.
Məqalədə deyildiyinə görə Mark Ayl yəqin ki, məhkəməyə getməyə və bunun əksini sübut etməyə hazır idi, o etiraf edəcəkdi ki, Tatyana ilə 2000-ci ildən 2015-ci ilə qədər faktiki ər-arvad olublar. Və kim bilir, bəlkə bu əlaqə lap əvvəldən-Ayl yetkinlik yaşına çatmayandan başlamışdı? Bu halda isə məhkəmədə hadisələrin hansı səmtə dönəcəyi yaxşı məlum idi. Tatyananın özünü yetkinlik yaşına çatmayan şəxslə münasibətlər qurduğu üçün ağır cəzaya məhkum edərdilər.
Tatyana və vəkilləri
Sitat: "Nəticədə belə çıxır ki, Tatyana boşanmanın günahkarı olduğu halda ərinin sərvətini yarısını almalıdır? Əgər ər-arvad britaniyalı olsaydı Dumanlı Albionun ictimaiyyəti buna necə reaksiya verərdi? Axı bu , məhkəmə sisteminə, ədalətin təməllərinə çağırış olardı. Lakin indiki halda situasiya daha qalmaqallıdır.
Belə çıxır ki, ər Sibir şaxtasında işləyib pul qazanır, ailəsinin rifahı üçün çalışır, arvadı isə həmin vaxt onu oğlunun britaniyalı tanışı ilə aldadır? Və bütün bunlardan sonra diribaş tərpənib boşanma iddiası qaldırır və bolluca mükafat qazanır? Hətta Britaniya klassiklərinin ədəbiyyatında buna oxşar süjet tapmaq mümkün deyil, çünki oxuculardan heç kim belə nağıla inanmazdı. Bu cür temalara Stiven Kinq əl ata bilərdi, amma hər halda britaniya materialı ilə yox. Bütün bu məhəbbət əhvalatı Stendalın və ya Mopassonun qələminə xasdır, amma heç bir halda tərifi göylərdən yağdırılan Britaniya məhkəməsinə deyil. Çünki Britaniya məhkəməsinin qərəzsizliyinə və ədalətinə birbaşa kölgə salır”.
Məqalə müəllifinin fikrincə ondan başlamaq lazımdır ki, hakim Keyv özü də o vaxta qədər heç vaxt boşanma iddiasına baxmamışdı. O, əsasən kommersiya arbitrajları üzrə işlərə baxırdı. Yəqin ki, hakimin Tatyana Əhmədovanın vəkillərindən biri, xanım Şekltonla çoxdankı əlaqələri də bu işdə təsadüfi deyilmiş.
Onun Britaniya məhkəmələrində uzunmüddətli praktikasını nəzərə alaraq tamamilə tutarlı şübhələr yaranır ki, həmin hakimin bu işə təyin edilməsi əvvəlcədən danışılmışdı. 2016-cı ilin dekabrında Fərhad Əhmədovun kommersiya məsələləri üzrə məsləhətçisi Endi Kermanın zorla London məhkəməsinə gətirilməsi və orada biznesmenin aktivlərini açmağa məcbur edilməsi də hüquqi özbaşınalıqdan başqa heç nə deyil.
Habelə Kermana qadağan etmişdilər ki, məhkəmədə dindirilməsinə dair hər hansı detalı açıqlamasın, müştərisinə bu barədə deməsin! Bəs vəkillik sirlərinin qorunması harada qaldı? Anqlo-sakson hüququnda hüquqşünaslarla (vəkillər, barristerlər, solisterlər və ya sadəcə olaraq səlahiyyətli şəxslər) onun müştərisi arasında münasibətlərin konfidiensiallığını qoruyan normalar var. Üstəlik bu haqq məhz müştəriyə məxsusdur, onun haqqını qanun qoruyur!
Hakim mantyası geymiş bu ingilis hüquqşünaslarının elementar korrupsiyaya bulaşdığından şübhələnməyə əsas verən bu "qəribə təsadüflər” bununla bitmir. 2016-cı il dekabrın 20-də məhkəmə cavabdeh tərəfin iştirak etmədiyi halda qərar çıxarır. Və məhkəmə qərarını cavabdehin ünvanına Yeni il bayramı ərəfəsində poçtla göndərir. Hansı ki, Fərhad Əhmədovun qeyri-iş günlərinin çoxluğuna görə həmin məktubu vaxtında alması və nəzərdə tutulan vaxta-yanvarın 10-na qədər təzminat məbləğini hesaba köçürüb apelyasiya verməsi sadəcə olaraq mümkün deyildi. Hakim də bunu yaxşı başa düşürdü.
Və həmin müddətin başa çatmasının ertəsi günü hakim dərhal bildirir ki, az qala yarım milyard funt sterlinq, yəni tələb olunan məbləğ hesaba köçmədiyinə görə hökm qüvvəyə minir, cavabdeh tərəf isə apelyasiya hüququnu itirir. Sizə elə gəlmirmi ki, bütün bunlar əvvəlcədən planlaşdırılmışdı və süni xarakter daşıyırdı?
Ardınca yeni məhkəmə qərarı çıxarılır: cavabdehin aktivlərinə və əmlakına həbs qoyulsun. Və onların bütün dünya üzrə axtarışı, təqibləri başlayır. Bütün ağlabatan və batmayan hüquq normalarını tapdalayan bu hərəkətləri, hakimin bu qərarlarını kim qərəzsiz və ədalətli adlandıra bilərdi? Bəs köhnə İngiltərənin həmişə fəxrlə danışdığı, başqa ölkələri də əməl etməyə çağırdığı qanunun aliliyi harada qaldı? İndi isə Tatyana Əhmədovanın mülki nigahlı keçmiş ərinin bu cür sensasion etirafları ortaya çıxır.
"Bütün bunlar Britaniya məhkəməsini öz səhvini etiraf etməyə və bütün dünya qəzetlərinin yazdığı bu səs-küylü boşanma işinə yenidən baxmağa sövq edəcəkmi? Görünür ki, yox. Və Fərhad Əhmədov Britaniya hakimiyyətinin Rusiyaya və onun imkanlı vətəndaşlarına qarşı siyasi qəsdi haqda danışanda haqlı idi. Tatyana Əhmədova tərəfindən tərk edilmiş Mark Aylın bu cür mühüm, açıq etirafları fonunda Yüksək məhkəmənin hökmü korrupsiyaya bulaşmış hökmə çevrilir. Üstəlik əvvəlcədən hazırlanmış hökmə”-məqalədə vurğulanır.
Müəllif sonda bildirir ki, qədimdə deyildiyi kimi əgər pişik pişiyə oxşayırsa pişik kimi miyoldayır, pişik kimi gəzir və deməli bu elə pişiyin özüdür. Qərəzsiz müşahidəçiyə londonlu hakimlərin, barristerlərin, reket-hüquqşünasların, borcu qoparmaq üçün muzdla tutulmuş kollektorların əvvəlcədən öz aralarında razılaşıb qəsd planı hazırladığı aydındır. Habelə Fərhad Əhmədovun Türkiyə ilə Rusiya arasında barışıqda oynadığı rola görə ona qarşı qəzəbli olan Britaniya xüsusi xidmət orqanlarının izi və dəst-xətti də aydındır. Bütün bu qalmaqallı əhvalat indi bütün dünyaya yayılıb və onu deməyə əsas verir ki, haqq-ədalət qalib gəlir. Hakim mantiyaları geymiş reketlər isə cəzalandırılmasa belə ən azından ləkələniblər.