8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakının və Abşeronun mədəni-tarixi abidələrini bir-bir araşdırıb dağılmaqda olanları üzə çıxartmağa çalışıram. Təxminən, 100-dən çox dağılmış abidə, mədəni irs nümunəsi aşkarlamışam.
Sozcu.info xəbər verir ki, bunu tarixçi alim, tanınmış ziyalı Zaur Əliyev qeyd edib.
Tarixçi müstəqillik əldə olunandan sonra bəzi işbazların Azərbaycanın, xüsusilə Bakı və Abşeronun tarixi abidələri olan yerləri torpaq kimi satdıqlarını bildirib:
“Çox adam da bu qalaları, abidələri söküb ki, bağ evinin yaraşığını pozmasın. Gördüyünüz bu qala Bilgəh qəsəbəsində yerləşən Şirvanşahlar dövrünün memarlıq incilərindən biri qədim qaladan geri qalan bir hissədir.
Abidə XIII-XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Vaxtilə müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi də istifadə olunub. Burada gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. Burada alovlandırılan məşəlin və ya havaya qalxan tüstünün hətta Ramana qalasından göründüyü deyilir”.
O qeyd edib ki, qalanın bir hissəsi hansısa döngədən, dalandan və ya kiminsə hasarından görünsə də, tikiliyə yaxınlaşmaq mümkün deyil:
“Çünki qala fərdi evlərin həyətlərinin arasında itib-batıb. Daha dəqiq desək, abidə xalq artisti Əminə Yusifqızına məxsus bağ evinin içində yerləşir. O, buranı alanda qala qarışıq sənədləşmə işinin aparıldığını deyir. Bura onun qızının adınadır və yayda bura gəlirlər. Uzun illərdir hasara alınan bu qala haqda heç kəs maraqlanmayıb”.
Kult.az