Naxçıvanda bu qurumda yenidən yoxlama aparılır


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

Sozcu.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir.

Nazirlikdə ötən il dekabrın 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.

Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, Bakıya gətirilib, Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.




Oxşar Xəbərlər

Xəbər lenti