8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Naxçıvan barədə hər gün daha dəhşətli xəbərlər gəlir. Əlbəttə, burada təəccüblü nəsə yoxdur. Nərd stolüstü oyundur, onu kişi də oynaya bilər, qadın da. Amma bəzi insanların hobbisi olan bu oyun qumara çevrilirsə və qumarı bir generalın qızı oynayırsa, bu, artıq qəbuledilməzdir”.
Sozcu.info bildirir ki, bunu "TNS" İnformasiya Agentliyinin rəhbəri, naxçıvanlı jurnalist Tural Səfərov sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, MR-da generallardan birinin qızı rəfiqəsi ilə nərd oynayıb və “Merceedess” markalı avtomobili uduzub:
“Xarici ölkə vətəndaşı olan (Baxın ha, ərazi bütövlüyümüzü, sərhədlərimizi qoruyan generalın qızı xarici ölkə vətəndaşıdır) bu papasının və mamasının gül balası Naxçıvandakı dağ evlərində rəfiqəsi ilə son model “Mersedes” markalı avtomobildən nərd oynayır və uduzur. Dərhal göstəriş verir, papasının avtomobil salonundan götürülən avtomobil rəfiqəsinin dediyi ünvana çatdırılır.
Bu, harınlığın, qudurğanlığın pik həddidir. General papası korrupsiya, dövlət əmlakını mənimsəmə yolu ilə pul “qazanır” ki, qızı nərd oyununda “Mersedes” uduzsun. General dədəsi qızını ən ağır şəkildə cəzalandırılmalıdır ki, digərlərinə görk olsun. Hələlik ad çəkmirəm. Amma faktı tam dəqiqləşdirdikdən sonra ad çəkəcəm. Hər kəs bilsin ki, bu generalın övladları nə hoqqalardan çıxır, onun Azərbaycan dövlətindən oğurladıqları pulları necə xərcləyirlər". (yenisabah)