Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama vermir - İTTİHAM VAR!

Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama vermir
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasının sədri Anar Bağırovu yenidən tənqid edib.

Təşkilat Kollegiyanın sədri Anar Bağırovu həm Kollegiyaya ayrılmış 5 000000 (beş milyon) manat vəsaiti hara xərcləməsi və hesabat verməsi ilə bağlı sorğulayıb.

Kollegiya və Anar Bağırov təşkilatın 08-08-2023 tarixdə ünvanladığı şifahi sorğuya münasibət bildirməyib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi isə hesab edir ki, Vəkillər Kollegiyası 5 milyon manatın hara və xərclənməsinə aydınlıq gətirməlidir.

Bununla yanaşı, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Anar Bağırovu başqa bir mövzuda ittiham edir.

"Vəkillər Kollegiyasının sədri Anar Bağırovun pulsuz xidmət, marka pulu, vəkilliyə namizədlərdən zorla alınan və guya Dövlət İmtahan Mərkəzinə ödənilən (əslində ödənilməyən) 200 manat, kollegiyaya ayrılmış milyonlarla qrantın taleyi barədə Mərkəzə xeyli məlumatlar daxil olub. Daxil olmuş məlumatların dəqiqliyi yoxlanılandan sonra ictimaiyyətə açıqlama veriləcək", - deyə təşkilat bildirib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli "Arqument.az"a deyib ki, Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama verməkdən yayınır:

"Bu pul dövlət hesabına tutulan vəkillərə görə ayrılan pullardır. Bu pulun hara xərclənməsi aydın deyil. Bizə bu barədə xeyli informasiya daxil olub. Şikayət edən şəxs isə Kolegiyaya üzv olmaq üçün müraciət edən hüquqşünaslardan biridir. Anar Bağırovun borcudur ki, bu məsələlərə, suallara aydınlıq gətirməlidir".

Fikrət Cəfərli deyir ki, Vəkillər Kollegiyası bir müddət öncə vətəndaşlara pulsuz hüquqi yardımla bağlı kampaniyaya başlamışdı, amma bu da manipulyasiya idi: "Çünki sonralar məlum oldu ki, Avropa İttifaqı bu layihə ilə bağlı 4 milyon avroya qədər qrant ayırıb. Bunu isə vəkilləri əzən, qeyri-şəffaf bir qurum olan Vəkillər Kollegiyası hara xərclədiyini demir. Hələ cəmiyyəti də aldadırlar ki, biz insanlara pulsuz hüquqi yardım göstərirlər. Məncə, Anar Bağırov bu şikayət və suallara cavab verməlidir. Əks halda Kollegiyanın qeyri-şəffaflığı ilə bağlı dediklərimizin bir daha təsdiqləmiş olacaq".

Anar Bağırov yenə də "Arqument.az"ın zəngərinə cavab verməyib. 
//"Arqument.az"//



Oxşar Xəbərlər

Xəbər lenti