Vaxtsız ölüm hökmü “oxunan” hakimlər Fotolar


Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.

Məlum olub ki, R. Salmanov elə həmin gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Sonra isə bəlli hadisə baş verib.

Ümumiyyətlə, təəssüfləndirici haldır ki, bir neçə ildə müxtəlif səbəbdən həyatlarını itirənlər arasında məhkəmə hakimləri də var.

"Qafqazinfo” vaxtsız ölüm hökmü "oxunan” həmin hakimləri təqdim edir:

2020-ci ilin dekabr ayında Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Fuad Soltanov 48 yaşında koronavirusdan vəfat edib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fəxrəddin Məmmədov bu ilin aprelində ürəktutmadan həyatını itirib. F. Məmmədov 1990-cı ildən 2000-ci ilədək Şahbuz Rayon Məhkəməsinin hakimi, 2000-ci ildən sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi olub.

2021-ci ilin yanvar ayında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov 57 yaşında koronavirusdan dünyasını dəyişib. O, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb. 2011-ci ilin yanvar ayının 1-dən isə Azərbaycan Respublikası Ali Məhkəməsinin

hakimi olub.

Koronavirus qurbanı olanlardan biri də Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovdur. O, 2020-ci il iyun ayında 55 yaşında koronavirusdan vəfat edib. N. Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirib.



Oxşar Xəbərlər

Xəbər lenti