8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
BTB Bank nə üçün 2022-ci ili 5 milyon manat zərərlə başa vurub..? Ölkəmizin bank sektorunda 2010-cu ildən bu günədək fəaliyyət göstərən BTB bankı ilə bağlı məlumatlara nəzər salmaq üçün bankın rəsmi saytına, http://www.btb.az/-a daxil oluruq: 2010-cu ildə təsis edilən Bank BTB 10 il ərzində bir çox uğurlara imza atmış, ölkənin seçilən bankıdır, Tam Adı: BANK "BTB" Açıq Səhmdar Cəmiyyəti Quruluş tarixi: 24.02.2010 Əlaqəli şəxs: Rzayev Emil, İdarə Heyətinin Sədri Baş ofis: AZ1025, Bakı, Azərbaycan, Xətai rayonu, Nobel pr 13 A Rəsmi saytı: https://btb.az/Bankın rəsmi saytında başqa bir əlavə informasiyaya rast gəlmədik. Ona görə də, məcbur olub bankla bağlı media üzərindən araşdırma aparmalı olduq. Araşdırma zamanı bəlli oldu ki, bir müddət əvvəl BTB Bankın İdarə Heyətinin sədri Emil Rzayev vəzifəsindən uzaqlaşdırılıb. Deməli, bankda nəsə baş verir. Bu barədə bir azdan…Araşdırma zamanı məlum oldu ki, BTB bank PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Daha dəqiq desək, BTB bankın əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. O, bankın 75 faizlik hissələrinə sahibdir. Bank səhmlərinin 19 faizi Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur. Məlumat üçün onu da qeyd edək ki, Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir.Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan "Şərq-Qərb" ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.İndi isə keçək əsas məsələyə, yəni yuxarıda dediyimiz kimi bankda nə baş verir..? Birincisi, bir müddət əvvəl BTB bank keçən il zərərlə işlədiyini açıqlayıb. Belə ki, bankın 2022-ci ilin sonuna olan maliyyə hesabatından bəlli olur ki, bank 2022-ci ili 4 milyon 975 min manat ZƏRƏRLƏ başa vurub. Və bu hadisə Azərbaycanın bank sektorunda yeganə haldlr, yəni digər banklar gəlirlə ili başa vurub, amma Ramiz Mehdiyevin bankı zərərlə…Adamdan soruşarlar niyə, nə üçün..? Deməli, Ramiz Mehdiyevin bankında ciddi proseslər baş verir və cənab Mehdiyev keçmişdən qalan cinayət əməllərinin izini itirmək üçün bankı bağlamaq, yaxud iflas həddinə çatdırmaq və məsələni bitirmək istəyir. Hətta yuxarıda qeyd etdik ki, bir müddət əvvəl BTB Bankın İdarə Heyətinin sədri Emil Rzayev vəzifəsindən uzaqlaşdırılıb. Amma bu barədə bankın saytında heç bir informasiya yoxdur.Məlumat üçün onu da qeyd edək ki, BTB Bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Eldəniz Hüseynov İCRA edir, müvəqqəti…Fikir verdinizmi, BTB Bankda ruslar demişkən, çemodan əhval ruhiyyəsi var, hamı aradan çıxmağa hazırlaşır… Vaxtilə Beynəlxalq Bankda da eyni olaylar yaşanırdı… Yeri gəlmişkən, bir müddət əvvəl BTB Bankda müştərilərə məxsus 316 min manat və 32 min ABŞ dolları məbləğində nağd pulun oğurlandığı barədə rəsmi məlumat yayılmışdı.Yəqin ki, yaxın zamanda Ramiz Mehdiyevin arvadı Qalinaya məxsus Novxanıdakı üzüm bağları da qurumağa başlayacaq… Çünki izləri itirməyin zamanıdır… //gundelik-baku.com//