Naxçıvanlılar Türkiyədən KÜTLƏVİ DEPORTASİYA OLUNUR - BU NƏDİ BELƏ?

Naxçıvanlılar Türkiyədən KÜTLƏVİ DEPORTASİYA OLUNUR
İşsizlik səbəbindən vətəni tərk edən naxçıvanlılar, son ümid yeri bildikləri Türkiyədən kütləvi şəkildə geri qaytarılırlar. Hesablamalara görə, son bir neçə gündə min nəfərdən artıq şəxs bu ölkədən Naxçıvana deportasiya olunub. Deportasiyaya səbəb, onların 90 günlük viza müddətinin başa çatması göstərilir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a Türkiyədən deportasiya olunan şəxslər məlumat verib. Polis gücünə geri qaytarılanlar deyir ki, qonşu ölkədəki son prezident seçkilərinə kimi, viza müddəti illər öncə bitmiş olsa da belə, onlara dəyib-toxunan yox imiş. Seçki bitər-bitməz, öncə onlara Türkiyəni öz xoşları ilə tərk etməklə bağlı xəbərdarlıq edilib. Xəbərdarlıq nəticə vermədiyindən, bu yaxınlarda zorla deportasiya etməyə başlayıblar.
Deportasiya olunanalardan Vaqif İsmayılov deyir ki, indiyə kimi onlara azərbaycanlı olduqları üçün güzəşt edilirmiş. Son seçkilərdən sonra isə, vəziyyət dəyişib, polis onları tutan kimi deportasiya edir:
“Türkiyə biz naxçıvanlıların son ümid yeri idi, onu da əlimizdən aldılar. Viza müddətim illər öncə bitsə də, dəyib-dolaşan yox idi, göz yumurdular, biz də başımızı aşağı salıb, ailəmizə çörəkpulu qazanırdıq. Hərdənbir polis yoxlamasına düşsək də, azərbaycanlı olduğumuzu bilən kimi, güzəşt edib, buraxırdılar. Seçkilərdən sonra isə, başqa ölkə vətəndaşları ilə bizə fərq qoymurlar, tutan kimi deportasiya edirlər. Bir həftə öncə İstanbulda pols məni saxladı, xaricilər şöbəsinə apardı. Şöbə naxçıvanlılarla dolu idi. İki gün saxlayıb, mənimlə birlikdə 100-dən çox naxçıvanlını deportasiya etdilər. Dedilər ki, yuxarıdan tapşırıq var, artıq güzəşt edə bilmirik“.
Şərur rayon sakini Cəmil Quliyev isə bildirir ki, onu İstanbul şəhərindəki iş yerindən götürüb, zorla deportasiya ediblər:
“Artıq, naxçıvanlılar qorxudan küçəyə çıxa bilmirlər ki, tutub, geri göndərəcəklər. İnsanlar var ki, illərdir ailəliklə ev kiraləyib, Türkiyədə işləyirlər. Hamısı bir-bir deport olunur. Polislər iş yerlərini də gəlib yoxlayırlar. Bu zaman orada olan qaçaq işçiləri deportasiya edirlər. Türkiyədə oturumu olan çox sayda naxçıvanlı var ki, onlara toxunmurlar“.
Deportasiya olunanlara Türkiyədə qanunsuz yaşadıqları müddətdən asılı olaraq, 6 aydan üç ilədək bu ölkəyə giriş qadağası qoyulur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}