8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri "Forbes"in milyarderlər siyahısına daxil edilmiş 2072 nəfərin siyasi həyatda iştirakını təhlil ediblər.
Sozcu.info xəbər verir ki, nəticələr "Perspectives on Politics" jurnalında dərc olunub.
Onlar müəyyən ediblər ki, bu insanların siyasi ambisiyaları, müxtəlif seçkilərdə möhkəm qələbələri var və ideoloji cəhətdən sağçılara meyllidirlər.
Tədqiqatçılar dunyada siyasətə girmək istəyən milyarderlərin ümumi sayını 11,7 faiz (2072-dən 242 nəfər), yəni hər doqquz nəfərdən birini müəyyən edib.
Belə adamların bütün siyasi təşkilatlarda iştirakını nəzərə alsaq, rəqəm daha da yüksək olacaq.
"Naked Science"in məlumatına görə, avtokratiyalarda milyarderlərin siyasi həyatda iştirak səviyyəsi orta hesabla təxminən 29, demokratik cəmiyyətlərdə isə 5 faizə yaxındır. Eyni zamanda, çinli milyarderlərin siyasətdəki payı 36 faiz (dünyada ən yüksək göstərici), ABŞ-da isə 3,7 faiz təşkil edir.
Tədqiqatçıların fikrincə, zəngin insanların siyasi həyata marağı müəyyən bir ölkədəki rejimin növündən asılıdır. Məsələn, avtokratiyalarda milyarderlər arasında siyasətə bu cür münasibət hakim rejimə sədaqət nümayiş etdirmə üsulu ilə əlaqələndirilə bilər. Zəngin insanlar sərvətlərini itirmək riskini minimuma endirmək üçün hakimiyyətə sədaqət nümayiş etdirir.
Musavat.com