12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... - Nələr var, nələr...

Adil Vəliyev. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov kimi Adil Vəliyev də ilk dəfə icra başçısı kürsüsünə məhz Sabunçu rayon icra hakimiyyətində əyləşib və bugünə qədər də bu davam edir.

Düşünəndə, "bir adamın bir vəzifədə bu qədər müddət qalması üçün işində məsuliyyətli olması əsas səbəb ola bilər" məntiqi doğru görünür. Amma, çox zaman saf insanların məntiqi aldadıcı olur. Yəni, bu məntiqlə sadəcə özünü aldatmış olur .

Ən azından aylardır, hətta illərdir elə adlarını çəkdiyimiz hər iki rayonun kifayət qədər geniş olan şikayətçi vətəndaş auditoriyası belə deməyə əsas verir. Eləcə də Sabunçu rayonunun Zabrat, Kürdəxanı, Sabunçu, Balaxanı, Ramana və sair - demək olar bütün qəsəbələrinin bərbad yollarına baxanda, həmçinin bu qəsəbələrin antisanitar şəraitində - məişət tullantıları içində boğulduğunu görəndə Adil Vəliyevin "mükəmməl başçı" olduğu üçün 12 il bir rayona rəhbərlik etdiyini düşünmək sadəlövhlük olar.

Amma, maraqlıdır ki, vikipediyasına nəzər saldıqda Vəliyevin 1977-ci ildən bugünə qədər yalnız dövlət işlərində çalışdığını görürük. Çalışdığı illərin bir hissəsi Sovet hakimiyyəti illərinə düşdüyü üçün o, zamanlar bu insanın özünə sərvət toplaması mümkünsüz görünür. Lakin, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da axı qanunlarımız dövlət məmurlarının bizneslə məşğul olmasını qadağan edir.

Sual yaranır, bəs adının qarşısına "Porşe" ləqəbi əlavə olunan Adil Vəliyev, gənc yaşlarından bugünə qədər yalnız dövlət işlərində çalışaraq bu qədər sərvətlərə necə sahib olub?

Vəliyevin sərvətlərinin yerli saytlarda dərc olunan siyahısına baxın !

SİYAHI:

Başçının adına sənədləşən əmlak:

Bakı şəhəri, Nəsimi rayonu, Babək prospekti 37 ünvanında 0.2921 ha torpaq sahəsi, 1598.30 kv/m daşınmaz əmlak olan qeyri yaşayış binası - 2019-cu ildən.

Həyat yoldaşının adına sənədləşən əmlaklar

Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080C saylı 0.16 ha bağ sahəsi - 2021-ci ildən.Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, b, 31, 307-ci məhəllə, m.2 ünvanında yerləşən 237.20 kv/m olan mənzil - 2020-ci ildən.

Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, 17 ünvanında, 0.0783 ha torpaq sahəsi, 1094.50 kv/m daşınmaz əmlakın ümumi sahəsi olmaqla, fərdi yaşayış evi - 2021-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 102 ünvanında 0.0820 ha torpaq sahəsi - 2018-ci ildən.

Oğlunun adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, 17F ünvanında 0.6150 ha torpaq sahəsində olmaqla, 301.20 kv/m ümumi sahəsi olan fərdi yaşayış evi - 2021-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080G saylı 0.16 ha bağ sahəsi - 2021-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.16 ha 892 saylı bağ sahəsi -2021-ci ildən.

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 ünvanında 0.59 ha torpaq, 9.10 kv/m qeyri yaşayış binası - 2019-cu ildən.

Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 246 ünvanında 0.7173 ha torpaq sahəsi - 2021-ci ildən (satılıb)

Gəlininin adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, b, 39, m. 45 ünvanında 225.40 kv/m mənzi - 2018-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, b, 60, 60B, 107.50 kv/m olan mənzil 92 - 2021-ci ildən.Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, b, 60, 60B, 60C ünvanında 98.30 kv/m olan qeyri yaşayış sahəsi - 2021-ci ildən.

Qızının adına sənədləşən əmlak:

Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080X saylı 0.16 ha torpaq olmaqla bağ sahəsi - 2021-ci ildən.

Kürəkəninin adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, b, 25E, 1978-ci məhəllə, 245.70 kv/m olan mənzil 52 - 2019-cu ildən.

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, b, 8, 790-cı məhəllə, 97 kv/m olan mənzil 18 - 2020-ci ildən.

Kürəkəninin anasının adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi 112 ünvanında 0.1577 ha torpaq sahəsində 2907.10 kv/m olan qeyri yaşayış sahəsi - 2019-cu ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 1229 saylı sahədə yerləşən 0.40 ha torpaq sahəsi - 2020-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14D saylı sahədə yerləşən 0.2142 ha torpaq sahəsi - 2020-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 66 ünvanında 0.008250 ha torpaq sahəsində 79.90 kv/m qeyri yaşayış binas -. 2021-ci ildən.

İcra Başçısı Adil Vəliyevin faktiki sahiblik etdiyi və oğlunun payçısı olduğu şirkətlər:

"Euro Style LTD” MMC – hazırda aktiv
"Əfəndilər” Mənzil Tikinti Koperativi-hazırda aktiv
"European Cars” MMC- hazırda aktiv
"Yeni Sabunçu” Mənzil Tikinti Koperativi –hazırda aktiv
"Əfəndilər” MMC – hazırda aktiv

Eləcə də:▪️Sabunçuda 4 hektarlıq ərazidə mərmər sexi
▪️Sabunçu qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexi
▪️Bakıxanov qəsəbəsi, Mədəniyyət küç. "Şəhrizad" Uşaq Bağçası
▪️Sabunçu, Aydınbəyov küç. 19 ünvanda yerləşən 3 saylı uşaq bağçası
▪️Nərimanov rayonu, E. Qocayev küç. ev 17 ünvanında mənzil
▪️Xəzər rayonu, B. Əliyev küç. Dön. 4, ev 34 ünvanında mənzil
▪️ "FASHION" MMC
▪️Bakıdakı "Euro Style" adlı bütün bərbər salonları
▪️Nizami rayonu, B. Çobanzadə küç “Sarı gəlin” şadlıq sarayı
▪️Bakıxanov, Mehmandarov küç. 12 ünvanında “AQAT” şadlıq sarayı
▪️“Bakıxanov Rezidens” yaşayış kompleksi
▪️Binalara üzlüklər çəkən “AQAT” şirkəti
▪️O “Volkswagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər
3-4 milyonluq avtomobil kolleksiyası:
▪️"Posche Mansory 958 Cayenne"
▪️"Ferrari F 12 Berlinetta"
▪️Land Rover Range Rover
▪️2 ədəd göy və Qırmızı rəng Porsche 911

Ona aid maşınların nömrələri: 10-AA-818, 10-YY-078, 10-FF-078, 10-AL-078, 10-AA-078, 99-CF-999 və 99-ON-999.

Bunlardan əlavə, onun ailə biznesinə rayonda bir neçə göydələnlər, ticarət obyektləri, fərdi yaşayış sahələri və torpaq sahələri də daxildir.

Sərvətlərinə görə ərəblərə həsəd aparan binəva kasıb camaatımızın "burnumuzun ucunda" sərvətləri ilə "ərəb şeyxinə meydan oxuyan" icra başçısı "Porsche" Adilin varından xəbəri belə yoxdur.

Gələk, icra başçısının gəlir yeri olduğu güman edilən məsələlərə.

Xatırladaq ki, ötən həftə Sabunçu rayonunda aparılan qanunsuz tikintilər barəsində "DogruXeber.az" informasiya portalında məlumatlar dərc etmişdik. Eyni zamanda bu məlumatlar barəsində aidiyyatı qurumlara da tərəfimizdən rəsmi sorğular göndərdiyimizi qeyd etmişdik.

Əvvəla, onu vurğulayaq ki, sorğularımız hələ də cavabsız qalıb. Görünür, məsələdən xəbərdar olan qurumlar cavab verməkdə aciz qalıblar.

Əlqərəz...

Qeyd edək ki, əməkdaşlarımız Sabunçu qəsəbəsində olublar və ötən həftə məlumatını verdiyimiz - Qambay Vəzirov küçəsindəki üç mərtəbəli iaşə obyektinin görüntülərini lentə alıblar. Həmçinin Elşən Mehdiyev küçəsində bəzi məlumatlar vəgörüntülər əldə ediblər.

12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ...

Gördüyünüz kimi Qambay Vəzirov küçəsində nəft quyularının yaxınlığında inşa edilən iaşə obyekti çöl tərəfdən dəmir dam örtükləri ilə üzlənib, lakin o, dəmirlərin arxasında əsaslı tikinti aparılır.

Elşən Mehdiyev küçəsinə gəldikdə isə, gördüyünüz kimi çox geniş ərazini əhatə edən göl yerinin ətrafında tikinti işləri aparılmaqdadır. Əslində isə bu tikintilər hələ də nəmliyi qurumayan, tala-tala üfunətli sularının qaldığı göl yer yerinin ətrafında deyil, məhz üzərində aparılır. Yəni, göl yeri hissə-hissə məişət tullantıları və söküntü torpağı, daşı ilə doldurulur, həyətyanı torpaq sahəsi kimi vətəndaşlara satılır.

Qeyd: Təqdim etdiyimiz bütün tikintilərin yaxınlığında neft quyuları, başının üzərində yüksək gərginlikli elektrik xətləri mövcuddur. Antisanitariya barəsində isə təsəvvür etdiyinizdən daha dəhşətli olduğunu deyə bilərik. Hər halda məcburiyyət qarşısında o, ərazilərdə yaşayan insanlar bunu təsdiq edərlər.

Bir sözlə, Sabunçu rayonunda insan həyatına dəyər verilmir. Buna səbəb isə həmin insanlardan əldə edilən gəlirlərin birinci növbədə rayon rəhbərliyinin, ikincisi aidiyyatı qurumların gözlərinin önündən asdığı "əskinaslardan ibarət qiymətli pərdədir". Burada insanlar ciblərinin pulu ilə problem alırlar - həm səhhətləri üçün, həm də gələcəyi sual altında olan sənədsiz evlər, torpaqlar üçün.

Təsəlliləri də budur ki, "Onsuz da burda heç kimin sənədi yoxdur. Bizə icra nümayəndəliyindən deyiblər ki, prezidentin sərəncamı var, hamısı sənədləşdiriləcək".

Bunun nə zaman real olacağı isə kimsəyə bəlli deyil.

Yeri gəlmişkən, yerli saytların yazdığına görə icra başçısı Adil Vəliyev jurnalist Əvəz Zeynallının məhkəməsində şahid qismində dindirilən zaman vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, "hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur. İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin, praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər."

Vəkilin "sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz" sualına isə Vəliyev qısa olsa da hər şeyi dərinliyi ilə izah edən bir cavab verib: - "Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...".

Ahaa... maraqlıdır, dövlət məmuru bunu deməklə nələri nəzərdə tutur?

Xatırlayırsınızsa, ötən il Zərifə Əliyeva adına oftalmologiya mərkəzində xəstələrdən qeyri-qanuni pul istəyən tibb bacısı da "bura dövlət müəssisəsidir, niyə pul verməliyəm?" sualına da məhz belə cavab verdiyini "DogruXeber.az" vasitəsilə yayımlamışdıq.
Bu da 2 oldu.

Demək, Azərbaycanda yaşayırıqsa, məhz dövlətin öz məmurları tərəfindən edilən bütün qanun pozuntularını da "adi hal" kimi qəbul etmək "boyunuzun borcu"dur.

Mövzunu davam etdirəcəyik.

dia-az.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}