27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Mürsəl İbrahimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi təyin ediləndən sonra bu qurumda ciddi dəyişikliklərin baş verdiyi göz önündədir. Ədalət naminə qeyd etmək lazımdır ki, Mürsəl İbrahimovun SHXÇDX-nin rəisi təyin edilməsindən sonra bu qurumda ciddi qanun pozuntuları aşkarlanıb, xeyli sayda Xidmət əməkdaşı məsuliyyətə cəlb edilib. Hərbi xidmətdən yayınan bir çox şəxsin aşkarlanması, onların xidmətə cəlb edilməsi təmin olunub. Rüşvət və korrupsiyaya yol verən şəxslərin Xidmətdən uzaqlaşdırılması və məhkəmə qarşısına çıxarılması da Mürsəl İbrahimovun adına yazılan müsbət yeniliklərdir.
Lakin zaman ötdükcə məlum olur ki, Mürsəl İbrahimov sadəcə arxasız komissarların qənimidir. Əgər belə olmasaydı, onda ucqar rayonlarda qanun pozunusuna yol verən komissarların bəd əməlləri haqqında anındaca xəbər tutan Mürsəl İbrahimov, “qulağının dibində” – Bakının Nərimanov rayonunda baş verənlərlə bağlı da hansısa tədbir görərdi.
Bilməyənlər üçün deyək ki, SHXÇDX-nin Nərimanov rayon idarəsi yol verdiyi qanunsuzluqların miqyasına görə liderdir. Bu idarənin rəisi olan və “X5 Kənan” adlı ilə tanınan şəxs, səfərbərlik xidmətində işlədiyi müddət ərzində milyonlarla manat məbləğində qanunsuz vəsait qazanıb, külli miqdarda pula sahiblənib. SHXÇDX-nin Nərimanov rayon idarəsinin rəisinin özünə və ailə üzvlərinə məxsus avtomobillərin ümumi dəyərinin yarım milyon manatdan çox olması faktı bunu təsdiqləyir. Şəhər və şəhərətrafı ərazilərdə çoxsaylı bahalı villaya, elit həyat tərzinə malik olan “X5 Kənan” paytaxtın ən bahalı restoranların və brend mağazaların daimi müştərisidir.
“X5 Kənan” SHXÇDX-də ən toxunulmaz şəxslərdən biri hesab edilir. Buna səbəb isə adıçəkilən şəxsin ölkədəki bəzi məşhur genarallarla qohum olmasıdır.
İndi Mürsəl İbrahimovdan soruşuruq: Tabeçiliyindəki şəxsin sahib olduğu bu qədər böyük var-dövlətin mənbəyini niyə araşdırmır? Axı uşaq da bilir ki, ayda 800-1000 manatlıq əmək haqqı ilə dəyəri 150 min dollar olan avtomobul sürmək, mühafizəçilər saxlamaq, xaricə tez-tez səyahət etmək, qiymtələri dodaq uçurdan restoranlarda yeyib-içmək mümkün deyil.
Daha bir sual: SHXÇDX-də çalışa-çalışa həm də böyk biznes quran “X5 Kənan” bu biznes üçün gərəkən pulu haradan alıb? Niyə minlərlə çağırışçının xidmətdən yayındığı Nərimanov rayonunda SHXÇDX-i bununla bağlı bir dənə də olsun fakt aşkarlaya bilməyib? Bir də ay Mürsəl İbrahimov, 5-10 min manata görə 5-10 il həbs alan şəxslərlə müqayisədə 100 min manatlarla vəsaiti noğul kimi diri udan “X5 Kənan”ın məsuliyyətdən kənarda qalması hansı məntiqə, hansı qanuna sığır? Belə yarımçıq ədalət kimə lazımdır?
Hurriyyet.az