17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Avtomobil sahiblərinin mülkü məsuliyyətinin icbari sığorta məbləği artırıla bilər.
8 il öncə qəbul edilən qanuna görə, bu məbləğ 5 min manat olsa da, dolların bahalaşmasından və ölkənin avtomobil parkında mənzərənin dəyişməsindən sonra bu məbləğ yetərincə hesab olunmur.
O baxımdan da həmin məbləğin artırılmasına baxıla bilər.
Bu barədə musavat.com-a çıqlama verən İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib. O qeyd edib ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar maksimum həcmi 5 min manatdır. Ancaq bu tarif 8 il əvvəl müəyyənləşdirilib. Hazırda ölkədə bahalı xarici avtomobillər çoxalıb. 8 il əvvəl 5 min manat da xarici valyuta ifadəsində daha böyük rəqəmlə ifadə olunurdu.
Ona görə də avtomobilə dəyən ziyanla bağlı maksimum 5 min manat tarifinə yenidən baxılması üzərində iş aparırıq. Bu istiqamətdə araşdırmalar aparılır və bu ayın sonunda mütəxəssislər məsələ ilə bağlı təkliflərini ortaya qoyacaqlar".