ZALQA (BARMAQSIZ) BƏLƏDİYYƏSİ

 

Kərəm Məmmədov,

Borçalı İctimai Birliyinin sədri, BDU-nun dosenti

Zalqa bələdiyyəsi Şərqi Gürcüstanın cənub hissəsində - tarixi Borçalı mahalı ərazisində yerləşir. İlk adı Barmaqsız olmuşdur. 1060 kvadrat kilometrlik ərazisinin böyük bir hissəsi Ərcivan (Trilaeti) dağlarının payına düşür. Qərbdə Ahıska (Axalkalaki), şimal-qərbdə Cavaxetiya,şimalda Qori, şimal-qərbdə Kaspi, qərbdə Tetri Skaro (Ağ Bulaq), cənub-qərbdə Ninosminda, cənubda isə Dmanisi (Başkeçid) bələdiyyələri ilə həmsərhəddir. 
Bələdiyyənin inzibati mərkəzinin əsası XIX əsrdə buraya Ərzurumdan köçürülmüş yunanlar tərəfindən qoyulmuşdur. Onlar rus-osmanlı müharibələri nəticəsində boşalmış Azərbaycan kəndi olan Barmaqsız kəndində məskunlaşmışdılar. 
Zalqa şəhəri paytaxt Tiflisdən isə 75 km qərbdə yerləşir. Dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Zalqa bələdiyyəsinin iqlimi soyuqdur. 
Tetri Skaro bələdiyyəsinin tərkibinə 1 şəhər (Zalqa), 2 qəsəbə ( Bediani və Trialeti ) və 44 kənd daxildir. Bələdiyyə ərazisi çox qədimdən insanların yaşayış məskəni olmuşdur. Barmaqsız (Zalqa) aşkar olunmuş mədəniyyət elmi ədəbiyyatda Trilaeti (Ərcivan) mədəniyyəti adlanır. Ərcivan (indiki Trialеti) kurqanlarından qızıl və gümüş qədəhlər, habеlə gümüş satıl tapılmışdır. Оnların üzərində maral, qədim türklərin tapınaq оbyеkti оlan «həyat ağacı» həkk оlunmuşdur ."Dirilik ağacı” təsviri Azərbaycanın ərazilərindən tapılan Həsənlinin, Mərliyin, Zaviyənin, Qafqaz Albaniyasının qədim sakinlərinin incəsənətində xüsusi yer tutur. Dirilik ağacına tapınma halı Ön Asiyadan Amerikaya qədər yayılmış universal bir özəllikdir. Bu cür təsvirlərə Altaydakı Pazırık kurqanlarında, qədim mayyalılarda da rast gəlinir . B.B.Piotrovski dirilik ağacı kultunu iskitlərlə bağlayır . Etnoqrafik materiallar dirilik ağacına tapınma halının daha çox türk xalqlarında yayılmasını göstərir. Məsələn, Sibir türkləri «hər şeyin ortasında, yer üzünün göbəyində dünyadakı ağacların ən böyüyü, başı bəy Ülgənin oturduğu yerə dəyən bir ağacın» olduğuna inanırlar .
XIX yüzilliyin əvvəllərinə qədər Zalqa bələdiyyəsinin ərazisi gah müsəlman-türk Azərbaycan dövlətlərinin, gah Osmanlının, XVII əsrin əvvəllərində Borçalı-Pəmbək xanlığının, çar Rusiyası tərəfindən işğal ərəfəsində isə Borçalı sultanlığınn tərkibində olmuşdur. 
1801-ci ildə indiki Zalqa ərazisi çar Rusiyası tərəfindən işğal olunmuşdur. Bundan sonra indiki bələdiyyənin ərazisinə Osmanlı ərazisindən çoxsaylı ermənilər və yunanlar yerləşdirildi.
Gürcüstanda sovet rejimi yaradıldıqdan sonra 1930-cu ildə Zalqa rayonu təşkil edildi. İlk əvvəllər rayon mərkəzi Güney Qala kəndi idi.Lakin 22 dekabr 1932-ci ildə yeni inzibati bölgüyə əsasən Barmaqsız kəndinin adı Zalqa adı ilə dəyişdirilərək rayon mərkəzi buraya köçürüldü. 
SSRİ-nin dağılmasına qədər bələdiyyə əhalisinin əksəriyyətini yunanlar təşkil edirdilər. Hazırda isə say üstünlüyü 22 min 500 nəfərlik bələdiyyə əhalisinin 55 %-ni təşkil edən, hələ də Azərbaycan-türk toponimlərini özündə yaşadan kəndlərdə (Yeddi Kilsə, Nərdivan, Dərəköy,Daş Başı, Çift,yəni Qoşakilsə və s. ) ruslar tərəfindən məskunlaşdırılan ermənilər təşkil edir.
Bələdiyyə əhalisinin 10 %-ni təşkil edən azərbaycanlılar Gödəklər, Tecis, Ərcivan – Sarvan, Tarson və Çolman kəndlərində yaşayırlar.

ZALQA (BARMAQSIZ) BƏLƏDİYYƏSİ

 




Oxşar Xəbərlər

Xəbər lenti