Rafael Cəbrayılova nə olub? – “Özünü qəribə aparır”

Həbsdə olan keçmiş deputat Rafael Cəbrayılovun durumu daha da pisləşib.
Sozcu.info xəbər verir ki, bu haqda jurnalist İlkin Muradov deyib. O, bildirib ki, ötən gün məhkəmədə deputat vəsiqəsini girov qoyaraq pul götürən və bir neçə nəfərdən aldığı pulu qaytarmadığı üçün həbs edilən Rafael Cəbrayılovu görüb:
“Son bir ayda dördüncü dəfədir ki, sabiq deputatı şüşə qəfəs arxasında görürəm. İndi çox arıqlayıb. Hər məhkəmə prosesinə də eyni uzunqol köynəkdə gəlir. Məhkəmə prosesinə yaxını kimi cəmi bir nəfər gəlir. Deyilənə görə qaynıdır. 
Onun bütün işlərinə qardaşı Elşən rəhbərlik edib, amma ortalıqda yoxdur. Bilmirəm, bəlkə gözə görünmək istəmirlər... 
Bu günə qədər Rafael Cəbrayılovdan daha yükəsk vəzifəli, imkanlı məmurların məhkəməsində olmuşuq. Ailələri, yaxınları həmişə məhkəməyə gəlib. Bu adam niyə tək qalıb, anlamıram. 
Özünü də bir az qəribə aparır. Bəzən deyilənləri çox çətin başa düşür. İlk gündən də jurnalistlərə etiraz etmişdi. Bu günə qədər müşahidəm belədir ki, çətin borclarını ödəyə və azadlığa çıxa. Çox dərinə batıblar...”.


Oxşar Xəbərlər

Xəbər lenti