Məhşur general vəzifəsindən azad edildi

Azərbaycanın 1-ci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənov vəzifəsindən azad olunub.
Sozcu.info xəbər verir ki, bu haqda məlumatı Manset.az saytı yayıb. Xəbərə görə, bu haqda Müdafiə naziri general - polkovnik Zakir Həsənov əmr imzalayıb.
Onun yerinə polkovnik Qiyas Abbasov 1-ci ordu korpusunun komandiri təyin edilib. Q. Abbasov bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb. Qiyas Abbasov prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Sfera.az-ın yaydığı xəbərə görə isə Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.


Oxşar Xəbərlər

Xəbər lenti