Rusiyalı deputat adam öldürdüyünü etiraf etdi - 2 ay həbs cəzası aldı

Rusiyanın Kamçatka Ərazisi Qanunverici Məclisinin deputatı İqor Redkin ehtiyatsızlıqdan bir nəfəri öldürdüyünü etiraf edib.
Sozcu.info xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Bildirilib ki, avqustun 10-da Kamçatka Qanunverici Məclisinin deputatı, bölgənin tanınmış sahibkarı İqor Redkin Ozernovski kəndindəki poliqonda ehtiyatsızlıqdan bir adamı öldürdüyünü deyib. Belə ki, o, kənd yaxınlığında gəzən bir ayını vurmaq istədiyini, ancaq qaranlıqda təsadüfən bir adamı vurduğunu istintaqa söyləyib. Hadisə ilə bağlı məhkəməsi keçirilən iş adamına 2 aylıq ev həbsi verilib, mandatı isə ləğv olunub.
Qeyd edək ki, İqor Redkin 20 ildən artıqdır Kamçatkada bizneslə məşğuldur. Bölgədəki bir neçə böyük müəssisənin ortaq sahibidir. O, Rusiyanın ən varlı siyasətçisidir.


Oxşar Xəbərlər

Xəbər lenti