“Sinovac“ peyvəndinin təsiri 6 aydır - Virusoloqun iddiası

Dünyada 4.4 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasına qarşı Çində hazırlanan "Sinovac" peyvəndi ilə bağlı maraqlı fakt ortaya çıxıb.
Sozcu.info xəbər verir ki, Hindistanda çalışan virusoloq Acit Pal Sinq Reyna yaxın aylarda apardığı bir araşdırmanı ictimaiyyətlə bölüşüb. 
Araşdırmada "Sinovac" peyvəndinin təsirinin 6 ay ərzində azaldığı, buna görə də ikinci dozadan 6 ay sonra üçüncü dozanın vurulmalı olduğu göstərilib.
Bu metodun virusa qarşı immun sistemini 3-5 dəfə gücləndirdiyi qeyd edilib. 


Oxşar Xəbərlər

Xəbər lenti