İcra başçısı ilə vətəndaşlar arasındakı gərginliyin səbəbi nədir?

Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla vətəndaşlar arasında gərginlik baş verməsini əks etdirən görüntülər yayılıb. 
Sozcu.info xəbər verir ki, hadisənin Seydimli kəndində baş verdiyi bildirilir. İddiaya görə icra başçısı ilə görüş zamanı kənd sakinləri Vətən müharibəsi ərəfəsində onların evlərinə dəymiş ziyanın ödənilməməsinə görə etiraz ediblər. Bundan əlavə, M. Məmmədovun onun videosunu çəkən vətəndaşlara polis vasitəsilə təzyiq etdiyi iddia edilir. 




Oxşar Xəbərlər

Xəbər lenti