“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
Baş nazir prezidentin qərarını tənqid etdi
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Odla oynayan qonşu: Azərbaycana narkotika, ermənilərə benzin...
Yenə də internet resursları İrana məxsus maşınların Qarabağa naməlum yüklər daşıması barədə kadrlarla dolub-daşır.
Hansı ki, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 4 ağırtonnajlı (TIR) yük maşınları, 31 benzin daşıyan yük maşını Laçın dəhlizindən keçib Xankəndiyə gəlmişdi (üst-üstə 70 reys!) və rəsmi Bakı buna görə Tehrana nota vermişdi. Amma görün, ardınca nə baş verib: notaya “cavab” olaraq Tehran elə növbəti gündən başlayaraq erməni terrorçularına yükdaşımaları intensivləşdirib. Daha 58 yük maşını qanunsuz olaraq Azərbaycan ərazilərinə daxil olub və yük gətirib. Bəzi yüklərin yanacaq-sürtgü məhsulları olduğu iddia edilir.
Qarabağ erməniləri “su” deyib “mələdiyi” üçün Rusiya sülhməramlıları onlara 200 ton su daşıdığını deyir. Yoxsa İran ermənilərə içmək üçün daşıyırmış benzini... Qarabağda bir ovuc erməni var, onlar bu qədər yanacağı neynirlər? Deməli, müsəlman qonşumuz erməni terrorçularının “yeni müharibəyə hazırlıq” prosesində yer alıb, bunun başqa adı ola bilməz! Bu, həm də onu bir daha təsdiqləyir ki, 44 günlük müharibə dövründə İrandan Ermənistana silah-sursat və digər hərbi ləvazimatların daşındığı barədə yayılan məlumatlar həqiqət imiş!
Səsimi eşitsəydi, dilimi anlasaydı, İrana 5-6 kəlməlik müraciət edərdim. Təxminən belə...
Axı, Şuşa sənin vasitəçiliyinin qurbanı olub, İran! Nə tez unutdun! O zaman Azərbaycan və Ermənistan rəhbərliyini Tehrana çağırdın ki, gəlin məsələni həll edək, mən də olum bu danışıqların ağsaqqalı! Ermənistan və onun böyüyünün neylədiyini unudubsan bəlkə? Elə Tehran görüşü davam edən vaxt o yandan Ter-Petrosyana, bu yandan Yaqub Məmmədova zəng etdilər ki, bəs, durun, gəlin daha, Şuşa işğal olunub!
Əslində bu, sənin, sən İranın vasitəçiliyinə zərbə idi, həm də sənin cəzalandırılmağın, bir dövlət kimi hörmətdən salınmağın idi! Məntiqlə, bunun cavabını istəməliydin, hesab sormalıydın. Ki, məni niyə uşaq-muşaq yerinə qoydunuz, imicimi ləkələdiniz, müsəlman qonşumun gözündən saldınız?!
Amma sən neylədin? Özün yaxşı bilirsən! Ter-Petrosyan etiraf etmişdi, İran Mehri nəfəsliyini bağlasa, Ermənistan boğular. Sən nəinki bu canilərin “nəfəsliyi”ni bağlamadın, əksinə, Qarabağı işğal edən, məscidlərdə donuz (!) saxlayan Ermənistana nəinki nəfəsliyi bağlamadın, hətta fəlakətli durumda olan, tez-tez reanimasiyaya düşən işğalçıya, terrorçuya süni nəfəs verdin, onu tənəffüs aparatına qoşdun. Axı, “İslam torpağı” deyirdin Qarabağa, necə oldu bu torpağı donuzların murdarlamasına razılaşdın?!
Adında “İslam” yazılan dövlət “halal-haram” bilmədən daşıtdırdı müsəlman qonşusunun sərvətlərini. Arazın bu tayından, kəsə yolla daşıdılar, evlərimizin daşınadək, doğranan çinar, qoz ağaclarınadək...
İslamda qəbirə toxunmaq günah sayılır. Ermənilər Qarabağdakı qəbirlərimizi qazıb, qızıl diş axtardılar 30 il ərzində. Bir dənə salamat qəbristanlıq, bir dənə sağ qəbir qalmadı. Hətta səngərlərini iki bacının məzarları arasından qazmışdılar, heyrət doğuran foto idi. Şəhər boyda olan Qarağacı qəbristanlığında nişanə tapa bilmədi ağdamlılar! Bu illərdə erməni işğalına stimul, hər cür dəstək verənlərdən biri də məhz müsəlman İran dövləti oldu!
Ermənistan Qarabağda salamat məscid qoymadı. Amma İran gözü qarşısında dağıdılan məscidlərə susdu. Azərbaycan Prezidenti dəfələrlə müsəlman ölkələrinə çağırış etdi: “Məscid dağdan Ermənistanla əlaqə qurmayın!” Əvəzində İran özünün mütəxəssislərini yolladı Şuşaya, Aşağı Gövhər Ağa məscidini təmir etməyə! Müsəlman qardaşa bundan artıq pislik ola bilməzdi. Qarabağda 100-dən artıq məscidi yer üzündən silən erməninin üzünə tüpürmək əvəzinə, İran Şuşada “fars məscidi” yarlığının qoyulması naminə utanc gətirən bir bazarlığa getdi. Necə ki, bundan öncəki bazarlıq İrəvandakı Göy məsciddə yapılmışdı...
Biz illər boyu Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün heykəllərinin güllələnməsinə reaksiya istəmirdik e, deyirdik heç olmasa məscidlərin təhqir olunmasına qarşı çıx! Amma kimə deyirsən?
İşğal günlərində baxırdıq İran-Ermənistan ticarət əlaqələrinə, prezidentlərin qucaqlaşma səhnələrinə, tüstümüz təpəmizdən çıxırdı. Axı, heç bir məntiqə sığmırdı, bir İslam ölkəsilə islam və insanı dəyərlərə tüpürən, insanları diri-diri yandıran, torpağa gömən, hamilə qadınların qarnındakı körpəni süngüyə keçirən caniləri necə qucaqlamaq olardı?! Amma sən qucaqlayırdın. Bu qucaqlaşma Ter-Petrosyanla da oldu, Robert Köçəryanla da, Serj Sərkisyanla da, elə Nikol Paşinyanla da. Yəni sənin qucaqlamadığın erməni qalmadı, İran! Paşinyan o qədər arxayıncasına Tehrana səfər etmişdi ki, orda “Qarabağ Ermənistanındır”, yazılmış plakat qaldırmışdı İran ermənilərilə görüşdü. Di gəl, İranda yaşayan 40 milyondan artıq Azərbaycan türkü “mən türk dilində təhsil almaq istəyirəm” şüarı ilə meydana çıxanda dərhal belinə yarlıq yapışdırıb, Evin zindanına yollayırsan! Bəlkə səhv edirəm? De, görüm İran həbsxanalarında neçə erməni və neçə azərbaycanlı var. Özü də bu dövlətin başında dayanan hər kəs seçki kampaniyası vaxtı azərbaycanlılar qəhrəmandır, İran tarixində mühüm rol oynayır, deyirlər. Qəhrəmanına bir ovuc erməni qədər hörmət bəsləmədin bu illərdə...
Prezident İlham Əliyev dəfələrlə işğalçı Ermənistana dəstək verənlərə kəskin etirazını bildirib. Elə Şuşaya ilk səfərində də sözünü demişdi.
Sitat:
“Onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub”.
Prezident açıq danışmışdı: “Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?”
Bu, Ermənistanın planlarında iştirak edənlərə tərs şillə idi! İran Ermənistanla dost olanların önündə getdi bu illərdə, çox təəssüf!
Özü də çox qəribədir, İran ABŞ-ı, Vaşinqton da Tehranı “düşmən” adlandırır, bir-birinin qanını içməyə hazırdırlar. Amma Azərbaycanın öz torpaqlarını azad etməsinə nə ABŞ, nə də İran sevindi. Zəngəzur tərəfdə gərginlik olanda həm ABŞ-ın, həm də İranın İrəvandakı səfirləri ərinməyib, sərhədə qədər gəldilər, Azərbaycan tərəfə boylanıb, getdilər. İran bəyan etdi ki, Ermənistanın sərhədləri Tehran üçün “qırmızı xətt”dir. Qırmızı xətt e...Yaxşı, bu İran anlamırmı ki, Azərbaycanın sərhədləri də özü üçün qırmızı xəttdir, onda İran TIR-ları nə sülənir bizim torpaqlarda?! Deyək ki, Laçın dəhlizi rus sülhməramlılarının nəzarətindədir, faktiki olaraq açıqdır, bəs, sən nə haqla mənim ərazimə daxil olursan? Məscid misalı...Bir Azərbaycan vətəndaşı, hələ TIR-lı demirəm, sənin ərazinə iznsiz daxil ola bilərmi?!
Bu yerdə zəruri xatırlatma:
İran TIR-ları Qarabağ tərəfdən sərhədlərimizi pozur, qaçaqmalı daşıyır, digər istiqamətlərdən də İran qaçaqmalçıları ölkəmizə narkotika daşıyırlar. Elə iki gün qabaq Azərbaycan-İran sərhədinin Horadiz istiqamətində silahlı insident oldu, 1 nəfər yaralı - 11 kiloqram 770 qram narkotikla - ələ keçdi, 2 qaçaqmalçı qaçdı.
Mayın 15-də Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs, sərhəd naryadına qarşı odlu silahdan atəş açmışdı, nəticədə baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu şəhid oldular! Və hadisə yerindən 10 kq narkotik maddə aşkarlandı. İyul ayında Cəlilabad ərazisinə 5 nəfər naməlum şəxs daxil olmaq istəyənlər avtomat silahla (!) müqavimət göstərib, sərhədçilərin həyatına qəsd etmişdilər. Yenə də xeyli miqdarda narkotika...
Bu, faktiki olaraq İranın Azərbaycana qarşı müharibəsidir: narkotika müharibəsi! Yəni bu boyda dövlət sərhədlərinə nəzarət edə bilmir ki, narkotika qaçaqmalçıları avtomatla üstümüzə gəlir? Azərbaycan bu il az qala ermənilərlə döyüşdə verdiyi itkilər qədər itki verib İranla sərhəddə! Hansı qənaətə gəlirik: İran ermənilərə benzin, digər zəruri mallar, Azərbaycana isə narkotika göndərir! Hər iki göndərdiyi ilə qəsdimizə yönəlib!
Bir neçə gün əvvəl Azərbaycan Gorus-Qafan magistralını bağlayanda İranın “təzyiqi” qalxmışdı. Bakı xoş məram nümayiş etdirdi, əvəzində TIR-lar yolladı qanunsuz olaraq. Yəqin ki, bu özbaşınalıq cavabsız qalmayacaq. Gorus-Qafan magistralında İran maşınlarının dayandırılması bəlkə də mümkün olmayacaq, bəhanə edəcəklər ki, Ermənistana aparırıq. Azərbaycana qarşı sayğısız davranışların birinci cavabı Laşından başlanacaq, çox güman ki. Nə Ermənistan, nə Rusiya imzalarına hörmət qoymadı, nə də müsəlman İran qonşuluğa xətir qoydu. Laçın dəhlizində Azərbaycan əsgəri dayanmasa, ölkəmizə qarşı xain planlar azalmayacaq, əksinə, artacaq...Günün birində İran TIR-ının üstünə Şuşadan bir daş düşsə, bunun günahı kimdə olacaq?..İran odla oynayır, əks təqdirdə yanacaq daşıyan maşınları qanunsuz olaraq Laçın dəhlizində sıralamazdı...
Oxşar Xəbərlər
İran yük maşınları Qarabağa nə daşıyır? – Cavabsız suallar
İRAN QAÇAQ YOLLA YENƏ QARABAĞA YÜK DAŞIYIR... -
Azərbaycandan İrana nota: Qarabağa qanunsuz səfərlər...
“Caliber”: İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur - VİDEO
Xəbər lenti
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…