Həbsdə olan, koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırdır

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağırdır.
Bu barədə Sozcu.info -nun onun vəkili məlumat verib.
Onun sözlərinə görə, M.Quliyevin səhhəti stabil ağır olaraq qalır:
“Həkimlərin ciddi nəzarəti altındadır. Təəssüf ki, vəziyyəti ağırdır. Yanına heç kim buraxılmır. Ailəsinə də bildiriblər ki, vəziyyəti ağır olaraq qalır”.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Oxşar Xəbərlər

Xəbər lenti