Paşinyan-Əliyev görüşü Brüsseldə, sonra Kişinyovda olacaq: Makron və Şolts iştirak edəcək


Ermənistanın baz naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş əvvəlcə Brüsseldə, sonra Kişinyovda olacaq, görüşdə Fransa prezidenti Makron və Almaniya kansleri Şolts  da iştirak edəcək.

Sozcu.info xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

ABŞ tərəfinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən danışıqlarda hansı irəliləyişlər olduğu və söhbətin nə kimi irəliləyişlərdən getdiyi barədə sualı şərh edən Təhlükəsizlik Şurasının katibi deyib: “Amerika tərəfi irəliləyişdən danışır və bu suala cavabı onlar verməlidirlər. Mətbuata açıqlamasında Ermənistan tərəfi fikir ayrılıqlarının olduğunu və biz bu fikir ayrılıqlarının həlli yollarını tapmağa çalışacağıq”.

Armen Qriqoryan fikir ayrılıqlarından danışaraq deyib: “Təbii ki, onlar Ermənistanın suveren ərazisini tərk etməlidirlər, bu, məcburidir. Bu şərtlər daxilində sülh müqaviləsi imzalamaq olar. Beynəlxalq qarantlar institutuna gəlincə, danışıqlar davam edir və həll yolu tapsaq, irəli gedəcəyik. Hazırda yekun qərar yoxdur”.



Oxşar Xəbərlər

Xəbər lenti