Dövlət Əmək Müfəttişliyi Xidməti: “18 oktyabr iş günüdür”

“Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”.
Sozcu.info  xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.
O qeyd edib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
“Həmin günlər hər il bayram kimi qeyd olunacaq”, - deyə məlumatda bildirilib.




Oxşar Xəbərlər

Xəbər lenti