Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Fəxri adların verilməsi yenə narazılıq yaratdı - ləğv olunsun, yoxsa...
Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə mədəniyyət və incəsənət xadiminə fəxri adlar verildi. Onların arasında “Tərəqqi” medalı, xalq rəssamı, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi adına layiq görülənlər oldu.
Lakin bu dəfə də bir qrup sənət adamlarının fəxri adlara layiq görülməsi elə həmkarları tərəfindən etirazla qarşılandı. Onlar fəxri adlar siyahısını hazırlayan Mədəniyyət Nazirliyinə öz etirazlarını bildirirlər. Bir qisim isə fəxri adların ləğv olunmasını və bu adların sənətkarlar arasında ayrı-seçkilik yaratdığını qeyd edirlər.
Məsələn, illərlə fəxri ad almadığı üçün narazı qalan müğənni Əli Mirəliyev gənc həmkarları Elton Hüseynəliyev və Xəyyam Nisanovun əməkdar artist adına layiq görülməsinə sərt reaksiya verib. Bu haqda Moderator.az saytına danışan müğənni qeyd edib:
“Aygün Kazımova, Röya kimi barlarda oxuyanlar xalq artisti fəxri adı aldı. Eyyub Yaqubov ermənicə oxuyub fəxri ad aldı. Miryusif kimilər fəxri ada layiq görüldü. Xəyyam Nisanovun atası nağara çalan olub, dostumdur, onun da əmisi Moskvada imkanlı şəxslərdən biridir. Bir sözlə, iş görüblər.
Əli Mirəliyev: “Aygün Kazımova və Röya kimi barlarda oxuyanlar... ”
Xəyyam axı heç muğamı bilmir. Yəni ki, bu adam xalqa yaxın oxumur. Bu gün fəxri ad adı altında alver edirlər. Bunlar harada işləyiblər ki, fəxri ad da alırlar? Biz dövlətimizə, xalqımıza xidmət etmişik. Bunlar isə toylarda oxuyublar və bu da göstərici deyil axı. O vaxt Polad Bülbüloğlunu nazir qoymuşdular və çatana əməkdar artist fəxri adı verirdi. Polad Bülbüloğlundan sonra Əbülfəs Qarayev gəldi və bir dəyişiklik olmadı. İndiki nazirin isə heç adını, Mədəniyyət Nazirliyinin binasının heç ünvanını bilmirəm. Demək istəyirəm ki, bunlar musiqini bilməyən insanlardır”.
Firuzə İbadova: “Fəxri adlar ya pulla, ya tanışlıqladır?”
Əməkdar artist Firuzə İbadova isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, fəxri adlar heç də haqq-ədalətlə verilmir:
“Bu elə bir problemdir ki, onu 1-2 günlə həll etmək olmur. Bu işi görənlər gərək həqiqəti əks etdirsinlər. Onlar bilməlidirlər ki, sənətçilərin fəaliyyəti, məşğuliyyəti necədir. Bütün bunlar yoxlanılıb, araşdırıldıqdan sonra təqdimat olmalıdır. Bəziləri düşünə bilər ki, biz sənətçilər yaşlaşmışıq və paxıllıq edirik. Amma belə deyil, o mükafatı alanlar da bizimkilərdir və mənim övladım, nəvəm yerindədirlər. Hətta onları təbrik etmişəm. Lakin bir ”əmma" var - evin böyüyünü saymayıb, onun nəvəsinə mükafat verirlər. Sənətdə canını, qanını qurban verən sənətkarlarımız var. Mənim peşəkar, dahi müəllimlərim olub. Fikrim budur ki, haqq-hesab düz olmalıdır. Bilmək istəyirəm ki, indi fəxri adlar nəyə əsaslanıb verilir? Bu, pulla, ya tanışlıqladır? Bu haqda deyəndə mənə bildirirlər ki, “araşdırırıq”. Nəyi araşdırırlar? Məgər mən zavod, fabrik tikirəm? Mən peşəkar, ali savadlı musiqiçi, müğənni-xanəndəyəm. Zamanında Şövkət Ələkbərovanın tələbəsi olmuşam, Rəşid Behbudovla dünyanın bir çox ölkələrində qastrol səfərlərdə olmuşam. Hər zaman əsgərlərin önündə konsert proqramları ilə çıxış etmişəm. Əlbəttə ki, mən sənətə fəxri ad almaq üçün gəlməmişəm. Məgər Cabbar Qaryağdıoğlunun və yaxud Sarabskinin fəxri adı var idi? Xeyr, amma onlar dahi idi. Lakin görəndə ki, məndən aşağı səviyyədə olanlara dəyər verilir, mənim kimilər kənarda qalır, bu, çox pis təsir edir. Mənim indi elə yaşımdır ki, dövlətdən qayğı gözləyirəm. Mən bu qayğını görmək istəyirəm".
Xatırladaq ki, bir çox ölkələrdə fəxri adlar verilməsi ənənəsi yoxdur. Sovetlər birliyi dağıldıqdan sonra bir çox ölkələr bu cür ənənəyə son qoyub. Azərbaycanda isə qalır. Bu baxımdan, fəxri adlardan “Sovet iyi gəldiyi”ni deyib, onun ləğv olunmasını, əvəzində yaradıcı insanlara kifayət qədər maddi yardım ayrılmasını tövsiyə edənlər var və onların sayı kifayət qədərdir. Lakin digər qisim hesab edir ki, əslində fəxri adlar aylıq təqaüddən başqa şəxslərə böyük imtiyazlar, ev, maşın, ən əsası mənəvi ruh verir.
Bəs fəxri adların hansı imtiyazları var?
Öncə bildirək ki, fəxri adlar Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Ötən ilə qədər incəsənət və mədəniyyət xadimləri aylıq olaraq xalq fəxri adı üçün 100, əməkdar fəxri adı üçün isə 60 manat alırdı. Lakin Prezident İlham Əliyevin 2018-ci il 1 mart sərəncamına əsasən fəxri adlar üçün verilən aylıq məvaciblər artırılaraq, xalq fəxri adı üçün aylıq 150 manat, əməkdar fəxri ad üçün isə 100 manat müəyyən edildi.
Beləliklə, hazırda fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manatdır.
Fazil Mustafa: “Fəxri adlar ləğv edilsə, xeyli insan infarkt olar”
Millət vəkili Fazil Mustafa düşünür ki, fəxri adlar sanki bir xəstəlikdir:
“Layiq olan da, olmayan da əməkdar artist, xalq artisti adını almaq istəyir. Bunu almayanda da diqqətdən kənarda qalır. Sanki insanlar bir orden, medal yarışına çıxıblar. Halbuki o orden və medalın bir mənası yoxdur. Əlbəttə ki, insanlara dəyər verilməlidir. Lakin bu medalla, fəxri ad formasında vermək yanlışdır. Əsl sənət onda arxa plana keçir. Çünki fəxri ad alan artıq düşünür ki, artıq dünyanı tamamlayıb, sənət bitdi. Bu, təkcə sənət aləmində deyil, elmdə də belədir. Bir professor ad aldıqdan sonra heç bir əsər yazmır, heç bir yeni araşdırmalar ortaya qoymur. Beləliklə, titul dalınca qaçmaq yanlış bir yanaşmanın göstəricisidir.
Xarici ölkələrdə heç bir yazıçının fəxri adı yoxdur, amma kitabları satılır. Bizdə isə diqqət edin, nə qədər məmurun şeiri, musiqisi “bazarı” tutub. Kiminsə ki, yüksək mərtəbəsindəki evi dənizə baxır, olur şair. Hələ bir az səsi də varsa, olur musiqiçi. Pulunu verib, musiqi bəstələdir, özünün adına çıxır. Onlar axı kimi aldadır? Bir daha qeyd edirəm ki, bu, xəstəlikdir. İnsanlar mənəvi yüksəlişi ilə bağlı məsələlərdə uğur qazana bilməyəndə mütləq bu cür görüntülü amillərə ümid bəsləyirlər. Cəmiyyətimiz təxminən 9-10 milyonluq insandan ibarətdir, onun da az qala 7 milyonu titulludur. Dövlətdən titulu ala bilməyəndə gedib onu Məşədidən, Kərbəlayidən, Məkkədən alır. Fəxri adlarla bağlı etirazları da gördüm. Amma o etirazların özü də primitivdir. Ad almağın özü nə qədər primitivdirsə, etirazlar da buna bənzəyir. İndi o etiraz edənlərə veriləndə məgər ədalət bərpa olunur? Diqqət edin, son illərdə sənətdə hansı yeniliklər var, elmimiz hara gedir? Hamısı bərbad vəziyyətdədir. Düşünürəm ki, fəxri adlar əgər ləğv edilsə, xeyli insan infarkt olar".
Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızının fikrincə, sənətkara hər hansı mükafatın verilməsinə qarşı çıxılması ən böyük eqoistlikdir:
“Şəxsən mən deyə bilmərəm ki, fəxri adlar ləğv olunsun. O fəxri adların hamısı məndə var. Hər bir insan gördüyü işin bəhrəsini istəyir. Necə ki, ustanın işinə qiymət verdikcə onu daha peşəkar görməyə çalışır, biz də elə. Sənətkarları onsuz da həyatda çox az şey sevindirir. Gəlin bu sevinci onların əlindən almayaq. Ali Baş Komandanımız da belə bir addım atıb, fəxri adları ləğv etməz. Fəxri adlar sənətkarları yaşadan amildir. Deyim ki, bir çoxları məhz buna görə sənətə gəlir. Düşünür ki, ”vaxt gələcək əməkdar artist, xalq artisti adına layiq görüləcəm, tanınmış sənətçi olub, şöhrətin zirvəsində olacam".
Elmir Mirzəyev
Berlində yaşayan tanınmış kulturoloq Elmir Mirzəyev mövzu ilə bağlı danışıb. Kulturoloq fəxri ad məsələsinin gərəksiz olduğunu vurğulayıb:
“15 il öncə bununla bağlı bir məqalə yazmışdım və fəxri adlarla bağlı məsələni kəskin tənqid etmişdim. Lakin mat qaldım, gənclər belə bu yazıma etiraz etdilər. Dedilər ki, ”maestro, niyə belə yazmısan, axı biz də fəxri ad almalıyıq, bu necə olacaq?" Dedim ki, xalq artisti olmaq istəyirsiniz?, cavab verdilər ki, “bəs adi insanlardan necə fərqlənməliyik?”
Ümumiyyətlə, mən elə sanırdım ki, Sovet İttifaqı dağıldıqdan sonra bütün sənət adamları özləri fəxri adlardan imtina edəcək. Axı xalq rəssamı, xalq yazıçısı, xalq artisti nə deməkdir? Xalq artisti təlxək, kəndirbaz olur. Onlar düşünürlər ki, camaatı necə əyləndirək? Xatırlayıram ki, həmin illərdə hökumət də fəxri adları ləğv etməyi düşünürdü. Lakin bu baş vermədi".
Oxşar Xəbərlər
Xəyyam və Elton Əməkdar artist adına layiq görüldü
Röya “Əməkdar artist” olduğunu eşidəndə ağladı - VİDEO
Əməkdar artist vəfat etdi - FOTO
Xalq artisti Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olundu
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları