Telman İsmayılov azadlığa buraxıldı

Həbsdə olan məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Çernoqoriyada sığınacaq alıb.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Vijesti” nəşrinə biznesmenin vəkili məlumat verib. Nəşrin yazdığına görə, T.İsmayılov istintaq təcridxanasından buraxılıb.
Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.
Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti