Zakir Həsənov Rusiyaya səfərə gedib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da Rusiyanın paytaxtı Moskvaya yola düşüb.
Bu barədə Sozcu.info-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
Toplantı noyabrın 10-da keçiriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti