İrandan Azərbaycana ...təbrik mesajları davam edir

Təbrizin İran İslami Şura Məclisindəki nümayəndəsi Ruhullah Motəfəkkerazad Azərbaycan Respublikası xalqını işğal olunmuş torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.

Sozcu.info  xəbər verir ki, o, bununla bağlı twitter səhifəsində bunları yazıb : "İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan Respublikası xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz insanlarının sevincinə şərik oluruq .

Ümid edirik ki, otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqaların xaos yaratmaq üçün xoşagəlməz hərəkətlərinin qarşısının alınması üçün ibrət olacaqdır".

Məlumatı İİR -in Azərbaycandakı səfirliyi yayıb.


Oxşar Xəbərlər

Xəbər lenti