Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir

Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir.
Bu barədə Sozcu.info-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.


Oxşar Xəbərlər

Xəbər lenti