Qarakənd faciəsi - 30 il ötdü

Bu gün Qarakənd faciəsinin 30-cu ildönümüdür.
Sozcu.info xatırladır ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” Helikopterinin ermənilər tərəfindən vurulmasından 30 il ötür.
Helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.


Oxşar Xəbərlər

Xəbər lenti