Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi birləşdirilib.
Sozcu.info xəbər verir ki, həmin şöbələrin bazasında Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi yaradılıb.
Yeni şöbəyə rəhbərlik Anar Qasımova həvalə edilib. O, indiyə qədər Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri olub. İqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinə rəhbərlik etmiş Rəşad Əzizov isə fəaliyyətini bundan sonra Heydər Əliyev Fondunda davam etdirəcək.


Oxşar Xəbərlər

Xəbər lenti