Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edilib

Bu gün Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma Amnistiya aktının tətbiq edilməsi barədə qərar təqdim olunub.
Sozcu.info xəbər verir ki, bununla bağlı idarədə tədbir keçirilib.
Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bugünkü tədbirdə 20 məhkuma qərar təqdim olunub: "Onlar islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir".
Xatırladaq ki, ölkə üzrə bu gün 60-a yaxın məhkum cəzadan azad edilib.


Oxşar Xəbərlər

Xəbər lenti