Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Türkiyədə “altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun məsciddə səccadənin üzərində ayaqqabı ilə foto çəkdirməsi əsas müzakirə mövzularından biridir.
K.Kılıçdaroğlu bu hərəkətinə görə üzr istəyib. Buna paralel olaraq, müxalifət Kılıçdaroğlunu “təmizə çıxarmaq” üçün kampaniyaya da start verib.
Bu kampaniyanın əsas istiqamətlərindən biri də Rəcəb Tayyip Ərdoğanın məscidə ayaqqabı ilə girməsinə dair iddialardır.Türkiyə prezidentinə qarşı ictimai rəyin çaşdırılması əməliyyatı "Tvitter" üzərindən həyata keçirilib. Başlanan kampaniyada Ərdoğanın cümə namazında ayaqqabı ilə namaz qıldığı görüntüləri dövriyyəyə buraxılıb.Saxta fotoDezinformasiya ilə mübarizə mərkəzi yayılan fotonu araşdırıb. Məlum olub ki, bu görüntülər fotomontajdır. Fotonun orjinalı isə Livanın baş naziri Saad Haririyə aiddir. Montajla Haririnin üzünün yerinə Ərdoğanın üzü qoyulub və dövriyyəyə buraxılıb.Gerçək fotoƏsl foto isə 2016-cı ildə Səudiyyə Ərəbistanın kralı Salma bin Əbdüləzizlə Livanın baş naziri Ramazan bayramında birgə namaz qılarkən çəkilib.
Digər yalan fotoda Ərdoğanın məscidə ayaqqabı ilə girməsi əks olunur. Bu foto da montaj olunub və Ərdoğanın üzü başqa şəxsin üzü ilə dəyişdirilib.Saxta foto“Prezident Ərdoğan məscidə ayaqqabı ilə girdi” başlığı ilə paylaşılan bir foto isə ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə Türkiyə prezidentinin Ayasofya (2009-cu ildə muzey idi) və Sultanəhməd məscidini ziyarəti ilə bağlıdır. Ərdoğanla Obama məscidə ayaqqabılarını çıxararaq daxil olub. Lakin foto montaj vasitəsilə dəyişdirilib.Gerçək fotoƏrdoğanın məscidə ayaqqabı ilə daxil olmasına dair digər fotoların da montaj olduğu isbat edilib.
publika.az